Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Haqqımızda
30 Noyabr , -1

Mərkəzi kitabxananın Oxuculara Xidmət şöbəsi oxuculara abonoment və oxu zalı vasitəsilə kitabxana xidməti göstərir. Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Oxucularla söhbət işi əsasən kitablar, qəzet və jurnallar, yeni alınmış elektron materiallar vasitəsilə aparılır. Yeni daxil olmuş ədəbiyyatlar “Kitabxanaya daxil olmuş yeni kitablar” sərgisində nümayiş olunur. Şöbənin əməkdaşları yeni alınmış kitablar haqqında yerli ”Əkinçi” qəzetində oxuculara məlumat verir. Şöbədə məzmunca köhnəlmiş, fiziki cəhətdən oxuya yararsız olan ədəbiyyatların təmizlənməsi işi də vaxtaşırı həyata keçirilir. Oxuculara xidmət şöbəsinin geniş, işıqlı oxu zalları var. Oxu zalı 15 adda qəzet və jurnala abunədir. Son 5 ilin dövrü mətbuatı arxivdə saxlanılır. Bundan başqa Mərkəzi kitabxananın oxu zalında ödənişsiz Wi-Fi zonası yaradılmış, kitabxanaya gələn oxucuların nootbukla, planşetlə, mobil telefonlarla internetdən sərbəst istifadəsi təmin olunmuşdur.

Şöbə müdiri: M.Səfərəliyeva. 
Baş kitabxanaçı: A.Sarıyeva 
Böyük kitabxanaçı: E.Rüstəmova. 
Abonement bölməsinin müdiri: C.Feyzullayeva 
Oxu zalının müdiri: L.İsgəndərli 
Multi-media mütəxəssisi: O.Osmanova 
Kitabxanaçı - informasiya texnologiyaları üzrə mütəxəssisi: V.Abdullayeva