Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Azərbaycanlıların soyqırımı
31 Mart , 2015

 

  

Zərdab rayon Mərkəzi Kitabxanasında 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Insanlığa  qənim  kəsilənlər “adlı tədbir keçirildi.Tədbirdə MKS-nin direktoru Nailə Əliyeva ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər , cinayətlər haqqında ətraflı məlumat verdi, erməni faşizminin qurbanı olan bütün həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.       Daha sonra kitabxananın əməkdaşları Cəmalə Feyzullayevanın   “Tarixin bir günü” və Leyla Eldarzadənin “31 mart Azərbaycanlıların  Soyqırımı günüdür” adlı məruzələri dinlənildi.     Tədbirdə çıxış edən kitabxananın əməkdaşları Ofeliya Osmanova Mərkəzi Kitabxananın 30 mart tarixində   3 saylı orta məktəbdə təşkil etdiyi “Tarixin bir günü” adlı məlumat günü, Rəqibə Qasımova, Zenfira Bağırova və Gülzar Qasımova  31 mart soyqırımının yenidən araşdırılması və geniş ictimaiyyətə  olduğu kimi çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən, keçirilən tədbirlərin, aparılan təbliğatların, nümayiş olunan filmlərin, vidioçarxların ermənilərin iç üzünün  dünya ictimayyətinə tanıdılmasındakı əhəmiyyətindən ətraflı bəhs etdilər.                         Tədbir iştirakçıları sonda  Mərkəzi  Kitabxananın Oxuculara xidmət şöbəsində təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.