Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
19 Dekabr , 2022

                     “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,

        Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,

      əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”

Heydər Əliyev

Ümummilli lider

 

19.12.2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçlığı və MİHİ Zərdab rayon Komitəsinin dəstəyi ilə “Şuşa ili” ilə bağlı tədbirlərin yekunu olaraq “Allahın gözəl əsəri,könlümüzün şəhəri” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə qonaq qismində MİHİ Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova, Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, Zərdab Tarix Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva, Yarməmmədbağı kənd tam orta məktəbin direktoru Zülfiyyə Əhmədova, Gəndəbil kənd tam orta məktəbin Azərbaycan Dili və Ədəbiyyatı müəllimi Aygün Abdullayeva, 1,2,3 nömrəli şəhər,Gəndəbil kənd, Şahhüseynli kənd,Gəlmə kənd,Alıcanlı kənd və Yarməmmədbağı kənd tam orta məktəblərin şagirdləri və fəal oxucular,şəhər və kənd kitabxana filiallarının əməkdaşları iştirak ediblər.

Mərkəzi Kitabxananın əməkdaşları- Leyla İsgəndərlinin və Namiq Səfərəliyevin quruluş verdiyi tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcılar tədbiri açıq elan edərək ilk öncə sözü 10 may 2022-ci il tarixində bir qrup ziyalılarla Şuşa səfərində olmuş, MKS-nin direktoru Nailə xanım Əliyevaya verib, Şuşa səfəri haqqında danışmasını xahiş ediblər. Səfər haqqında təəssüratlarını bölüşən Nailə xanım bildirib ki, mən əvvəllər Şuşada olmamışdım. Heç görmədiyim Şuşaya ilk dəfə ayaq basırdım.O, an yaşadığım duyğuları ifadə etmək,keçirdiyim həyəcanla bərabər qürur hissini dilə gətirmək çox çətindir. Şuşa öz əzəməti ilə insanı heyran qoyurdu. Qəhrəman, igid oğullarımızın necə çətin yollarla irəlilədiyi, necə çətinliklərlə o qayalara dırmandığı haqqında geniş təsəvvür yaranırdı. Böyük qartal yuvasını xatırladan yüksəkliklərə baxdıqda qəhrəman Azərbaycan əsgərinin gücünə, qüvvəsinə, cəsarətinə, qəhrəmanlığına heyran qalırdıq. Mən Şuşadan çox böyük təəssüratla qayıtmışam. Bu sevinci bizə nəsib edən Ali Baş Komandana və bizə bu şəraiti yaradanlara təşəkkür edirəm.

Çıxış edənlər 2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli addım olduğunu qeyd edərək bildirdilər ki, bu qərar Şuşamızın tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır.

Tədbirdə səslənən musiqi nömrələri, məktəblilərin Şuşa, Ali Baş Komandan və vətənpərvərlik haqqında söylədikləri şeirlər, təqdim etdikləri səhnəciklər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin gedişatında qonaqlar “Şuşa İli” ilə bağlı təşkil olunmuş kitab və əl işləri sərgisi ilə tanış olublar.

 

Foto Qalereya