Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Kitabxanalar və kitablar haqqında maraqlı
30 Noyabr , -1

1.Alimlәr hesab edirlәr ki, uşaqlara kitab oxumağı öyrәtmәk üçün әn uyğun yaş 4-6 arasıdır. Tәdqiqatlar göstәrir ki, 6-7 yaşdan sonra uşaqları oxumağa öryәtmәk daha çәtin olur.

2.Statistikaya görә, kitabların 68%-ni qadınlar alır.

3.Amerikada maraqlı araşdırma aparılıb. Araşdırmaya görә, üçüncü sinifdә yaxşı kitab oxuyan uşaqların gәlәcәkdә narkoman olmaq vә ya hәbsә düşmәk ehtimalları azdır.

4.Kitab oğrusuna bileokliptoman deyirlәr. Әn mәşhur kitab oğrusu Stivel Blumberqdir. O, 268 kitabxanadan 23000 kitab oğurlayıb. Onun kolleksiyasının dәyәri 20 milyon dollar kimi dәyәrlәndirilib. Stivel kitabları ventiliasiya vә ya lift şaxtası yolu ilә kitabxanadan çıxardırdı.

5.“Penguin” nәşriyyat evi yumuşaq üzlüklü kitablar nәşr edir. İlk dәfә belә kitablar, kilsә tәrәfindәn paylanılmışdı.

6.İyel universitetinin araşdırmalarına görә, ibtidai sinifdә oxumağı zәif öyrәnәn uşaqların ¾ hissәsi digәr siniflәrdә dә zәif oxuyur.

7.ABŞ-da hər ay 100 dən çox roman nəşr olunur.İndiana ştatının universitetinin baş kitabxanası onda mövcud olan kitabların çəkisinə görə hər il 2.5 sm yerə yüklənir.

8.Qədim fars məmurlarından biri özü ilə hər dəfə 117 000 vahiddən ibarət və dəvələrin belində alifba sıralaması ilə düzülən kitabxana gəzdirirdi.

9.Adam başına kitabların sayı İslandiyada ABŞ-dan 4 dəfə çoxdur.

10.1500-ci ildə artıq 10 000 000 kitab çap olunmuşdu. 

11.Müasir kitabların əksəriyyətinin vərəqləri turşulaşmaya görə qəhvəyi rəngdə olacaq.

12.18-əsrdə dünyada ən çox satılan kitab, məşhur Fransalı yazıçı və filosof Deni Didro tərəfindən yığılmış Didro ensiklopediyasıdır.

13.1968-ci ildə Qrenlandiyanın Qothob şəhərindəki yanğın zamanı bir kitabxanadakı kitabların bəzisi yanmış, bəzisini də su korlamışdı. Bu kitabları və əlyazmaları vakuum kamerasına yerləşdirərək quru buzla mənfi 300-yə qədər dondurmuş, sonra temperaturu müsbət 450 olan quruducuda iki gün saxlayaraq bütün yazıları bərpa etmişlər.

14.N.Ostrovskinin “Polad necə bərkidi” kitabı nəşr edildikdən sonra müəllif çoxlu məktublar almışdır. Bunların içərisində belə bir məktub da var idi: “Mən köhnə oğruyam. Bir dəfə oğurladığım çantanın içindən sizin “Polad necə bərkidi” kitabı çıxdı. Mən bu kitabı oxuduqdan sonra xəcalət çəkdim və birdəfəlik oğurluğu buraxdım. Namusla həyatımı yeni səhifədən başladım.

15.Ən qədim əlifba Suriyanın Aralıq dənizi sahilindəki Lattakiya limanı yaxınlığında aparılmış qazıntılar zamanı tapılmışdı. Həmin əlifba 32 hərfdən ibarətdir.

16.1953-cü ildə Amsterdamdakı kitab sərgisində poçt markasından 10 dəfə kiçik olan kitab nümayiş etdirilmişdi.

17.Yaponiyada bir neçə dəfə istifadə edilən kağız icad edilmişdir. Bu kağızdan yazını su ilə yumaq olur. 

18.1 iyul 1862-ci ildə Moskvada ilk pulsuz kitabxananın əsası qoyulur. Bu kitabxananın binası XVIII əsrdə Kremlin yaxınlığında V.J.Bajenov tərəfindən qoyulmuşdu.