Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
29 Oktyabr , 2015

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 29 oktyabr 2015-ci il tarixdə Zəngilan rayonunun işğalı ilə əlaqədar “Nalə çəkən Zəngilanım” adlı məlumat günü keçirildi. MKS-nin direktoru Nailə Əliyeva tədbiri açaraq işğal altında olan rayonlarımız , köçkün həyatı yaşayan soydaşlarımız haqqında danışdı .Oxuculara xidmət şöbəsinin oxu zalının müdiri Leyla İsgəndərli “Nalə çəkən Zəngilanım”adlı məruzə ilə çıxış etdi.. Mehparə Səfərəliyeva , Rəqibə Qasımova , Nisə Əliyeva , Samirə Yəhyayeva və digərləri çıxış edərək erməni qəsbikarları tərəfindən işğal olunmuş rayonlarımızın tezliklə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sülh yolu ilə qaytarılacağına inandıqlarını qeyd etdilər .Sonda məktəb şagirdləri Zəngilan rayonuna həsr olunmuş şerlər söylədilər.