Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
20 Yanvar Faciəsi
15 Yanvar , 2016

15.01.2016-cı il tarixində Zərdab rayon MKS-nin Oxuculara Xidmət şöbəsinin Oxu zalında 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə "Şəhid yatan torpaq oyaqdır,yatmaz"adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Oxuculara Xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva tədbiri açaraq bildirdi ki, Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilmiş  1990-cı ilin     20 Yanvar hadisələrindən 26 il ötür. Ən yeni tariximizin qan yaddaşı kimi unudulmayan 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya göstərdi.

Tədbirdə Cənclər və İdman İdarəsinin, H.Əliyev Mərkəzinin, N.Zərdabi muzeyinin, Tarix-Diyarşünaslıq muzeyinin , şəhər 2 saylı və 3 saylı orta məktəblərin nümayəndələri dəvət olunanlar qismində iştirak etmişlər.

Xatirə gecəsi ədəbi-bədii kompozisiya ilə davam etmişdir.2 saylı orta məktəbin şagirdi Maral Mirzəyeva, 3 saylı orta məktəbin şagirdlərindən Məleykə Zərdabi ,Həsən Zərdabi,Hacızadə Nəzrin,Xeyransa İsayeva 20 Yanvar faciəsinə həsr edilmiş şeirləri böyük məharətlə ifa etmişlər.Tədbir Mərkəzi Kitabxananın Oxu zalında təşkil edilmiş "20 Yanvar-26" başlıqlı sərgiyə baxışla yekunlaşmışdır.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN! Yerləri cənnət olsun! Dünənimizdə onlar olmasa idi, bu günümüzə gəlib çıxa bilməzdik. Millətimizin adının itib-batmamasında onlar çox böyük pay sahibidirlər.