Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Azərbaycanlıların soyqırımı
29 Mart , 2016

29 mart 2016 –cı il tarixdə Zərdab rayon Mərkəzi kitabxanasında 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı “ Tariximizi unutmayaq! “ adlı dəyrimi masa keçirildi. Tədbir iştirakçıları əvvəlcə erməni faşizminin qurbanı olan bütün həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. MKS-nin direktoru Nailə Əliyeva tədbir iştirakçılarına 1918-ci il 31 mart hadisələrindən danışdı. Samirə Yəhyayeva , Cəmalə Feyzullayeva , Bahar Fətələiyeva və MKS-nin başqa əməkdaşları 31 mart Azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat verdilərÇıxış edənlər bildirdilər ki , gəlin, tarix boyu xalqımıza qarşı törədilən cinayətləri heç vaxt unutmayaq. Hər zaman Heydər Əliyevin sözünü xatırlayaq: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Tədbirdə 1,2,3 saylı orta məktəbin şagirdləri şerlər söylədilər.

Sonda tədbir iştirakçıları Mətkəzi kitabxananın Oxuculara xidmət şöbəsində təşkil olunmuş “Qanla yazılan tarix” adlı foto sərgi və kitab sərgisi ilə tanış oldular.