Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
20 Sentyabr , 2016

20 Sentyabr-Neftçilər Günü

1994-cü il 20 sentyabr müstəqill Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış kontraktlar imzalandı.Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.20 Sentyabr-Neftçilər Günü

Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın 10 məhşur xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı .Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. ”Əsrin müqaviləsi” həm də Azərbaycanda yeni neft-qaz kontraktlarınin bağlanmasına güclü təkan verdi.

“Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər bunlardır: “AMOKO”, “Yunokal”, “Pennzoyl”,(ABŞ), “Britiş Petroleum”, “Remko” (Böyük Britaniya), “Statoyl (Norveç), “LUKoyl” (Rusiya), “Türk Petrolları” (Türkiyə), “Delta” (Səudiyyə Ərəbistanı). Sonradan müqviləyə “İtoçu” (Yaponiya), “Ekson”, “Amerikada Hess” (ABŞ) şirkətləri də qoşuldu.Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı.

1998-ci ildə Amerikada Azərbaycan ,Türkiyə və Gürcüstan Prezidentləri “Bakı-Tibilisi-Ceyhan” Əsas ixrac Boru kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində (1999,18 oktyabr) ABŞ prezidenti Bill Klintonnun iştirakı ilə Azərbaycan, Gürcüstan, Qazaxstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul bəyamnaməsi imzalandı.

“Bakı-Tibilisi-Ceyhan” Əsas ixrac Boru kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 149 kilometri Gürcüstan, 1070 kilometri isəTürkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton barel xam neft otürmək qabiliyyətindədir. Heydər Əliyevin bu layihənin gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək “Bakı-Tibilisi-Ceyhan” Əsas ixrac Boru kəmərinə onun adı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə hər il sentyabırın 20-si “Neftçilər günü” kimi qeyd olunur