Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
28 Oktyabr , 2016
Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur.1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir.1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarıdan Balaxanı və Zabrat kəndlərində muzdurluq etmişdir.. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur.Daha sonra geniş yaradiciliğ fəaliyyətinə başlamış və ömrünün axirina kimi davam etmişdir. Qiqantlar ölkəsi.(1932),Həyat üçün(1934),Həyat(pyes,1937),Azad(1949),Gələcək üçün(1949),Böyük dayaq(roman,1957),Sarı sim(xatirələr,məqalələr,oçerklər,1958),Mədinənin ürəyi (hekayələr,1961),Xəlqilik və realizm cəbhəsindən(məqalələr,1961),Murovdağın ətəyində (hekayələr,1964),Pərvizin həyatı(hekayələr və povestlər,1975),Pərvanə(roman,1984),Anama deyərəm ha!(hekayələr və povestlər,1986),Tufanlara kömək edən bir qələm.və s. adda kitablari nəşr olunub.