Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
16 Dekabr , 2016

17 dekabr 2016-cı il tarixində Zərdab rayon Mədəniyyət  Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Zərdab rayon Mərkəzi Kitabxanasında   “Narkomaniya  əsrin bəlasıdır ” adlı  tədbir keçirmişdir.

Tədbirdə  payon İcra Hakimiyyətinin  əməkdaşları Aynur Məmmədova  və Zamir Əliyev, rayon Polis şəbəsinin əməkdaşı Anar  Əliyev, rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc Məmmədova, Gəncliyə Dəstək İctimai birliyinin rəhbəri Eldar Xəlilov, rayon Gənclər və İdman  İdarəsinin əməkdaşı Ələkbər Kərimov,  MKS-nin   direktoru Nailə Əliyeva və  Mərkəzi Kitabxananın əməkdaşları, rayon Mədəniyyət Mərkəzinin  rıhbəri  Elyurə Məmmədova , rayon Tarix Diyarşünaslıq ,H.Zərdabi  muzeylərinin əməkdaşları, şəhər 1,2 və 3 saylı şəhər tam orta məktəblərinin müəllim və şagird kollektivləri iştirak edirdilər.

Tədbiri Zərdab rayon Mədəniyyət və Turizm şöbəsinin  müdiri Urfan Əhmədov açaraq tədbir iştirakçılarını salamladı və müzakirə olunan məsələnin mahiyyəti haqqında ətraflı məlumat verdi.
Tədbirdə narkomanıyanın törətdiyi bəlaları əks etdirən video-çarx nümayiş olundu.




Foto Qalereya