Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Şəhidlərimiz
14 Fevral , 2017
2016-cı ilin aprel ayında cəbhə xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olmuş, həmyerlimiz, gizir Nurlan Abdullazadənin doğum günü məzarı başında anılıb. Təzəkənd kənd məzarlığında Nurlanla bərabər uyuyan digər şəhidlərimiz Namiq Məmmədovun və Kamran Məmmədovun məzarları da ziyarət olunub. Ziyarət zamanı məktəblilərin və bağça uşaqlarının ifasında şəhidlərə həsr olunmuş ədəbi bədii kompozisiya nümayiş etdirilib, vətən torpağının müdafiəsi uğrunda canından keçmiş bütün Azərbaycan şəhidlərinin ruhuna dualar oxunub.