Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Kitabxanalar və kitablar haqqında maraqlı
16 Fevral , 2017
Hindistanın ən məşhur kitabxanalarından olan "Palma Yarpağı”nda min illər əvvəl qurudulmuş və üzərində müxtəlif yazılar olan palma yarpaqları var.

BakiPost.az xəbər verir ki, kitabxananın məşhur olmasının əsl səbəbi isə yarpaqların üzərindəki əl yazılarıdır. Deyilənə görə, yarpaqların üzərində heç vaxt Hindistana getməyənlərin belə taleyi yazılıb. İddiaya görə, sizdən öncə barmaq iziniz Hindistana getmiş ola bilər. 

Bəs bu necə mümkündür? 

Dünyadakı hər insanın taleyini 5 və ya 7 min il əvvəl "Bhrigu" adlı bir müdrik astroloji qanunlara görə palma yarpaqlarına yazıb. Bu yarpaqların üzərindəki yazılar sayəsində insanların doğum tarixini, anasının və atasının adını, təlim-təhsil vəziyyətini, peşəsini və gələcəkdə nələr yaşayacağını oxumaq mümkündür. 6 sm eni və 48 sm uzunluğu olan  palma yarpaqlarının üzərindəki yazılar tamil dilində yazılıb. Bitişik şəkildə yazılmış və dəstə formasında kitabça halına gətirilmiş bu yazıları adi gözlə oxumaq demək olar ki, qeyri-mümkündür.
 
 
 
Bir dəstə təxminən 50-60 yarpaqdan ibarətdir və hər bir yarpaq fərqli bir adama aiddir. Kitabxanada sizə aid olan yarpağı tapmaq üçün qadınsınızsa sol, kişisinizsə sağ barmağınızın izi alınır. Dünyadakı hər insanın fərqli barmaq izi olmasına baxmayaraq, buradakı barmaq izləri 108 tipdə təsnif edilib. Barmaq iziniz alındıqdan sonra, sizə barmaq izinizə ən uyğun olan  2 və ya 3 dəstə gətirirlər. Yarpaqların kimə aid olduğunu və kimin üçün yazıldığını tapmaq üçün yarpaq üzərindəki bir bölüm oxunaraq doğru adamla uyğunlaşdırılır.
 


Yarpaqların hər birinin içərisində 10-15 element var. Öz yarpağını axtaran adam, əgər bu elementlərin hamısına 'bəli' deyərsə, uyğunlaşma tamamlanır. Uyğunlaşma tamamlansa da yarpaqlardakı yazıları oxumaq o qədər asan olmur. Çünki yazılar köhnə Tamil dilində yazılıb və  hərflərdən çox müəyyən məna bildirən simvollardan istifadə edilib. Bu simvolların hər birinin ən doğru mənasını bilən professional oxucular tapmaq lazım gəlir. Palma yarpaqlarının əsl məqsədi, təkcə tale haqqında məlumat vermək deyil, eyni zamanda insanlara daha yaxşı gələcək həyat üçün kömək etmək və rəhbərlik etməkdir.
 


Hər kəsin marağına səbəb olan bu kitabxananın Hindistanda olduğu məlum olsa da, təəssüf ki, dəqiq məkanı bilinmir. 

Sevda Ulutau 
Bakı Post