Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
20 Yanvar Faciəsi
20 Yanvar , 2015

Zərdab rayon Mərkəzi Kitabxanasında 20 Yanvar hüzn gününün 25 illiyi ilə əlaqədar "Od vurub qəlbimə 20 Yanvar" adlı ədəbi-bədii kompozisiya təşkil olundu. Tədbirdə əvvəlcə dövlət himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Nailə Əliyeva açaraq 20 Yanvar faciəsinin tarixindən danışdı.

Tədbir şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış "Od vurub qəlbimə 20 Yanvar" adlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Tədbirdə kitabxananın əməkdaşlarından Cəmalə Feyzullayeva, Leyla İsgəndərli, Gülüstan Rəhimova, Gülzar Qasımova, Xanməmmədli kənd kitabxana filialının müdiri Şükufə Səlimova çıxış edərək, vətənimizin müstəqilliyi uğrunda canlarını fəda edən 20 yanvar şəhidlərinin unudulmadığı və bu faciənin tarixə həm hüzn, həm də qürur günü kimi yazıldığını qeyd etdilər. Kitabxanada təşkil olunan "20 yanvar" adlı sərgi tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Sonda Şəhidlərin ruhuna "Fatihə"Surəsi oxundu.