Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
19 İyul , 2017

 HEÇ OLMAZ Kİ, DÖĞRU SÖZ YERDƏ QALSIN

                                                                  Həsən Bəy Zərdabi

19 iyul 2017- ci il tarixdə  Zərdab rayon Mərkəzi Kitabxanasının Oxu zalının""H.Zərdabi  Milli Mətbuatımızın banisidir" "guşəsində  22 iyul- Milli Mətbuat Günü münasibətilə “Milli Mətbuat həyatımızın güzgüsüdür" adı altında dəyirmi masa  təşkil edilmişdir.

Tədbirdə  Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva Milli Mətbuatımızın yaranma tarixi və bu günü haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, bu günkü həyatımızda mətbuat çox mühüm rol oynayır. Hazırda ölkəmizdə informasiya texnologiyanın inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinə çevrilmişdir. Bir çox demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da mətbuat şurası yaradılmış və “Mətbuat haqqında” qanun qəbul edilmişdir. 

Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova  çıxış edərək bildirdi ki,biz də Milli Mətbuatımızın təbliği ilə əlaqədar  "Əkinçi-142" -22 iyul Milli Mətbuat Günü  başlıqlı Metodiki vəsait hazırlayıb  MKS-nin bütün filiallarına göndərilib və  Milli Mətbuat Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin müdiri Mehğarə Səfərəliyeva da  Milli Mətbuatımızın görkəmli yaradıcısı və banisi Həsən bəy Zərdabinin əməyindən, mətbuatımızın indiki dövrdə iqtisadi və siyası yönümlərdə fəaliyyətindən bəhs etdi.

Mərkəzi Kitabxananın  İnformasiya-Resurs şöbəsinin müdiri  Rəqibə Qasımova  Milli Mətbuatımız haqqında öz fikirlərini söyləyərək bildirdi ki,Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra mətbuat sahəsində də köklü dəyişikliklər oldu ki, bu gün Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Əkinçi"nin nəşrə başladığı gün-22 iyul Milli Mətbuat  və Jurnalistika Günü kimi qeyd edilir.