Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
1 Avqust , 2017
1 avqust 2017-ci il tarixində Zərdab  rayon Mərkəzi Kitabxanasında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş “Ana dilimizi öyrənirik,Ana dilimizi sevirik!” başlıqlı  tədbir keçirilmişdir.
Tədbirdə H.Zərdabi muzeyinin əməkdaşı,şair Mübariz Səfiyaroğlu, Çallı kənd  Folklor evinin müdiri Maqbet Qasımov, Zərdab Mədəniyyət Mərkəzinin əməkdaşları- Nazim Həsənov,Nicat Məmmədli, MKS-nin filial əməkdaşları və müxtəlif yaş kateqoriyasına aid fəal oxucular  iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Nailə Əliyeva  çıxış edərək qeyd etdi ki,   Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla  hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.  Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir. Millətin dilinin dövlət dili statusuna yüksəldilməsi böyük bir tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. 
Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin əməkdaşı Elyanə Qədirova "Dilimiz milli varlığımızdır"və Uşaq şöbəsinin əməkdaşı Məlahət Cavadova  "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" məruzələrlə çıxış etdilər.
Çallı kənd Folklor evinin müdiri Maqbet Qasımov  çıxış edərək bildirdi ki,Azərbaycan dilinin həm dövlət dili, həm də ictimai ünsiyyət dili kimi rolunun möhkəmləndirilməsini də diqqətdən qaçırmaq olmaz.Ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.
Şair Mübariz Səfiyaroğlu da  ürək sözlərini belə ifadə etdi: ana dilinin saflığı uğrunda bütün dövrlərdə mübarizə aparılıb. Dilimizin mühafizəsi ilə əlaqədar şair və yazıçılarımız, ədəbiyyatşünaslarımız əllərindən gələni əsirgəməyiblər. O, fikrini Ana dilinə həsr etdiyi şeirlə yekunlaşdırdı.
Dəkkəoba kənd kitabxana filialının müdiri Zəridə Məmmədova da çıxışlara qatılaraq, Azərbaycan dilinin sadəliyindən, aydınlığından bəhs etdi. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının parlaq təzahürü kimi qimətləndirmək olar.
Tədbirdə fəal oxucular-Qədirli Ayşə,Rəşidli Arzu, Abbaslı Elza, Cavadlı Zəhra,Salikov Fərid və Salikov Saleh Azərbaycan Dilinə və Azərbaycan Əlifbasına aid şeirlər söylədilər.
Tədbirin sonunda iştirakşılar kitabxananın foyesində təşkil olunmuş "1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili  Günüdür” adlı kitab sərgisi ilə tanış olmuşlar.  
http://zardab.cls.az/more/text/54064