Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
29 Avqust , 2017

25 avqust 2017-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın kollektivi  Qurban bayramı  münasibəti ilə məcburi-köçkün ailəsi olan Əliyeva Sitarə İsmayıl  qızını ziyarət etmişlər.

Sitarə xanımla söhbət hər birimiz üçün maraqlı və təsirli oldu.O,  söhbət əsnasında  öz doğma yurdunun gözəlliyindən və ordan  necə məcburi olaraq didərgin düşdüklərindən danışdı. Onun necə vətən eşqi, vətən həsrəti  ilə yanmağı bizi çox duyğulandırdı.  

Sitarə ana nəvəsi  Nicatdan da söz saldı.Nicat da hər kəs kimi orduda xidmət etmişdi.

Sitarə ana Qəhrəman oğullarımızın qəhrəman davamçıları sayəsində Vətənimizin düşmən tapdağından azad olacağını əminliklə ifadə etdi və söylədi ki, o, zaman şəhidlərimizin ruhu sakitlik tapacaq.

Biz də ordumuzun bu gücünə inanarıq.Tezliklə Vətənimizin başı üzərindən o, qara buludlar götürüləcək, mənfur ermənilərdən şəhidlərimizin qisası alınacaq.O, günü səbirsizliklə gözləyirik.

Sitarə ana gəldiyimiz üçün kollektivimizə öz minnətdarlığını  bildirdi.

Biz isə bunu özümüzə mənəvi borc bilirik.

Foto Qalereya