Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
8 Sentyabr , 2017

8 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in yerli strukturlarının əməkdaşları ilə birgə Zərdab rayon  Mərkəzi Kitabxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd Ağdaş  Regional Mədəniyyət və Turizm İdarəsinin Zərdab nümayəndəliyinin tabeliyinə daxil olan müəssisələrin  əməkdaşlarının yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaqdır.

 Mərkəz əməkdaşları “Zəlzələ”, “Sel və daşqın”, “Əyində geyim yanarkən davranış qaydaları”, “101” və “112” qaynar xəttinə müraciət qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar etmişlər. 

Tədbirin sonunda iştirakçıların sualları Mərkəz əməkdaşları tərəfindən  cavablandırılmış, iştirakçılara təbliğat materialları paylanılmışdır.

Foto Qalereya