Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
20 Yanvar Faciəsi
17 Yanvar , 2018


Qanadlandı ölüm yüklü güllələr,


Sinəmizdə çiçək açdı lalələr,

Yaddan çıxmaz o,gecəki nalələr.

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar 17 yanvar 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbin 7-ci sinfində "Qanlı Yanvar- Yaddan çıxmaz o,gecəki nalələr” adlı tədbir və Yanvar hadisələrinə aid nəşr və foto nümunələrindən ibarət sərgi təşkil edilmişdir.

Sərgidə, ümumilikdə nümayiş etdirilən fotolar, xüsusən də Qanlı Yanvar hadisələrinin dəhşətlərini əks etdirən materiallar şagirdlərin böyük marağına səbəb olub. Təşkil edilən sərgi haqqında Oxuşulara xidmət şöbəsinin əməkdaşları Cəmalə Feyzullayeva,Xanım Abışova ,Elyanə Rüstəmova və Sahilə Xəlilova sərgi iştirakçılarına fərdi qaydada Azərbaycan haqqında, ölkəmizin azadlıq və demokratiya uğrunda keçdiyi çətin yol barədə, həmçinin 1990-cı il yanvar ayının 20-də Bakıda baş vermiş qanlı hadisələr haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir.

Sonda məktəblilər: Aişə Hüseynova,Türkan Quliyeva,Aytac Abdullayeva,Elnar Həsənov və Məhəmməd İbrahimli 20 Yanvar  faciəsinə aid şeirlər söylədilər.