Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
20 Yanvar Faciəsi
17 Yanvar , 2018

20 Yanvar -  Yaddaşımızın əbədi ağrısı

Azərbaycan xalqinin yaddasına əbədi həkk olunmus 1990 – ci ilin qanlı Yanvarından 28 –il otur . Həmin  günü azadliq ugrunda küçələrə , meydanlara  çıxan Azərbaycan xalqına qarsı torədilmis  aglasıgmaz terror dəhsətli bir cinayət  hadisəsi  kimi  tarixə düsmüsdur .

1990 –ci il  Yanvarin  19 –dan 20 –nə kecən gecə  təpədən – dırnaga qədər silahlanmış Sovet ordusu  hissələri  hec bir  xəbərdarlıq  etmədən  Bakı səhərinə  və Azərbaycanın bir sıra digər  rayonlarına  yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Bu faciə olə bağlı hər il respublikamızda anım tədbirləri keçirilir.

Zərdab rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi də 20 Yanvar faciəsinin 28-ci ildönümü  ilə əlaqədar bağçalarda, məktəblərdə sərgilər təşkil edir,silsilə tədbirlər keçirərək,şəhidlərimimzin xatirəsini yad edirlər.

17 yanvar 2018-ci il tarixində Uşaq şöbəsinin əməkdaşları: elnarə Salikova və Samirə Yəhyayeva  H.Aslanov adına tam orta məktəbin 4-cü sinfində “20 Yanvar -  Yaddaşımızın əbədi ağrısı “ adlı söhbət keçirmişlər.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı çıxış edən əməkdaşlar xalqımızın tarixinə qanla yazılmış bu şərəfli tarixi hadisə barədə ətraflı məlumat vermişlər.

 Hər kəs bir ömrün sahibidir. Az - çox yaşamağından asılı olmarayaq bir gün son gəlir. Şəhidlər isə adilikdə çox uzaqdırlar. Onlar ölməzliyə qovuşublar. Allah şəhidlərimizə rəhmət eləsin.