Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
10 May , 2018

Zərdabda X “Kitab Bayramı”

 

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 10 may  2018-ci il tarixində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş  X “Kitab bayramı” keçirmişdir.

  Rayonun “ Heydər Parkı”nda “Kitab bayramı”nın böyük ölçülü emblemi, şüar və plakatlar, müxtəlif mövzularda rəngarəng guşə və sərgilər təşkil olunmuşdur.

“Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin memarıdır” adlı unikal guşədə H.Əliyev irsini əhatə edən kitablar və dahi şəxsiyyətə həsr edilmiş ədəbiyyatlar və əl işləri sərgilənmişdir.

 H.Əliyevin səhiyyənin inkişafı ilə bağlı xidmətlərini əks etdirən ədəbiyyatların toplandığı “Heydər Əliyev xə Azərbaycan səhiyyəsi” , Milli Qəhrəmanlarımız , Zərdab şəhidləri və hərbi–vətənpərvərlik haqqında foto-stendlər və ədəbiyyatların toplandığı  “Torpağı Vətən eyləyən oğullar”,Həsən Bəy Zərdabinin əsərlərini , zərdabişünasların fikir və düşüncələrini əks etdirən məlumatların,respublika mətbuatında,eləcə də, yerli “Əkinçi”qəzetində H.B.Zərdabi haqqında dərc olunan jurnal və qəzet məqalələrinin nümayiş olunduğu “Həsən Bəy Zərdabi-Milli Mətbuatımızın banisidir”,Zərdab rayonunun görkəmli şəxsiyyətlərinin,ziyalılarının və zərdablı yazarların kitablarından ibarət “Zərdab yazarları”və s. sərgilər bayram iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilidir” başlıqlı sərgidə AXC-nin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinə,daxili və xarici siyasəti,iqtisadiyyatı və mədəni həyatına dair foto-stendlər, Azərbaycanın 1918-1920-ci illərdəki xəritəsinin və digər atributlarının şəkilləri , iki cildlik Ensiklopediya və digər sənədlər toplusu nümayiş etdirilmişdir.

Heydər Əliyev və İlham Əliyevin Zərdab rayonuna tarixi səfərlərini,eləcə də, Zərdabın bu günkü uğurlarını əks etdirən materiallar “Zərdab sürətli inkişaf və çıçəklənmə dövrünün yeni mərhələsində” başlıqlı sərgidə nümayiş etdirilmişdir.Sərgidə kənd təsərrüfatına dair  yeni kitablara və  rayonda istehsal olunan  kənd təsərrüfatı məhsullarının nümunələrinə də baxış keçirilmişdir.

“Mənim uşaq dünyam” adlı guşədə Uşaq ədəbiyyatına dair kitablar, jurnallar, disklər,uşaqların rəsm və əl işləri  nümayış etdirilmişdir. Bayramda keçirilən “Cirtdan”, ”Tık-Tık xanım” ,”Tülkü-Tülkü Tünbəki”, ”Qırmızıpapaq”, ”Sərçə” nağıl qəhrəmanlarının paradı nəinki uşaqların , hətta böyüklərin də marağına səbəb olmuşdur.

“Kitab bayramı”nda Zərdablı yazar  Səbuhi Qasımovun bəşəriyyət üçün ən ali hiss olan vətənpərvərlik mövzusunda yazdığı, Azərbaycanın ərazi bütövlüyü, müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad olunması uğrunda yaşamaq hüququndan keçən, əlil və şəhid olan, əsir və itkin düşən bütün vətəndaşlarımızın əziz xatirəsinə həsr etdiyi “FƏDAİLƏR” kitabının təqdimatı olmuşdur.

Mərkəzi Kitabxananın fəal oxucuları- "Kitabsevər uşaqlar" səhifəsində keçirilən "Nağıllara səyahət" müsabiqəsinin qalibi Fərid Salikzadənin söylədiyi F.Qocanın “Vətən oğlu” və “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin yekun turuna vəsiqə qazanmış Rəvanə Hidayətovanın söylədiyi –X.R.Ulutürkün ”Dədə Heydər-Atatürk” şeirləri iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 “Kitab bayramı”nda tədbir iştirakçıları  Zərdab rayon MKS-inə  daxil olan müstəqil dövlətimizin banisi Heydər Əliyevə həsr edilmiş kitablarla yanaşı , klassik və çağdaş ədəbiyyat nümunələri, müasir Azərbaycanın uğurlarından bəhs edən jurnallarla, humanitar, hüquq və iqtisadiyyatla bağlı məlumat nəşrləri və kitabxanaya daxil olan yeni ədəbiyyatlarla da tanış olmuşlar.

“Kitab bayramı”na yerli incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə yekun vurulmuşdur.

 

Foto Qalereya