Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
26 Sentyabr , 2018

Tarixdə bu gün.

Bu gün Azərbaycan klassik ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin doğum günüdür

Nizaminin həyatı haqqında çox az məlumat var; şairin həyatı haqqında yeganə məlumat mənbəyi onun əsərləridir ki, bu əsərlərdə də kifayət qədər aydın informasiya verilməmişdir.[18] Buna görə də Nizaminin adı və şəxsiyyəti ətrafında çoxlu əfsanələr yaranmış və onun bioqrafiyasınnı bəzəmişdi.

Nizaminindəqiqdoğumtarixibilinmir.[24] Məlum olan odur ki, şair, 1140-1146-cı (hicri 535—540) illər arasında doğulmuşdur. Nizaminin bioqrafları və müasir tədqiqatçılar, onun dəqiq doğum tarixini altı il arasında göstərirlər (535-40/1141-6).[25]Formalaşmış ənənəyə əsasən və UNESCO-nun da qəbul etdiyi tarixə əsasən şairin doğum tarixi kimi 1141-ci il qəbul olunur.

 

Əsərləri

Sirlər xəzinəsi Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunələrindən biri olan  bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanistvə demokratik istiqamət vermişdir.

Nizami Gəncəvi “Sirlər Xəzinəsi”ni yazarkən özünə qədər şərq ədəbiyyatında sabitləşmiş bir sıra ənənələri təkmilləşdirərək orijinal mövqedən çıxış etmişdir. Həmin cəhət birinci dəfə hind alimi Ə. A. Əhmədin diqqətini cəlb etmişdir. O, qeyd edir: “Xacə Nizami Gəncəvi qədim üslubu dəyişərək məsnəvi deməkdə yeni bir tərz ixtira edib, sözü bəzəmiş və birinci olaraq o, bu nazik, çətin yolla getməklə namünasib sözün sir-zibilini, xoşagəlməz, daş-kəsəkli və bəyənilməz qafiyələri bu yoldan təmizləyərək, şer mülkünü nizama salmışdır.”  Nizami “Sirlər Xəzinəsi”ndə əsas mətləbə başlamazdan əvvəl tövhid, nət, merac, əsərin ithaf edildiyi şəxsə xitab, kitabın yazılması səbəbi və sonda xətmi-kitab, habelə hər bir nəzəri məqalətə aid yalnız bir didaktik hekayə vermək kimi formaları ədəbiyyata gətirməklə didaktik poema janrını forma cəhətdən təkmilləşdirmişdir. Fars dəri dilində Nizaminin “Sirlər Xəzinəsi”nə kimi əruz vəzninin səri bəhrində ayrı-ayrı beytlər olsa da böyük həcmli didaktik poemalarda bu bəhrdən istifadə edilməsi haqqında heç bir məlumat yoxdur. “Sirlər Xəzinəsi”ndən əvvəl yazılmış didaktik poemalar isə Əruzun Həzəc bəhrində yazılmışdır.

Nizaminin xəmsəsində külli miqdarda atalar sözlərindən, zərbi-məsəllərdən, aforizm və idiomatik ifadələrdən istifadə etmiş və öz əsərinin bədii dəyərini artırmışdır. Həm də onun xalq yaradıcılığından, folklordan aldığı ifadələr, əsasən Azərbaycan xalqı ilə bağlı olmuşdur. Elə buna görə də, Azərbaycan xalqının adət və ənənələrini, dil və ifadə xüsusiyyətlərini bilmədən “Sirlər xəzinəsi”ndə aforizm və zərbi-məsəllərlə ifadə edilmiş dərin mənanı tamamilə qavramaq qeyri-mümkündür. Y. E. Bertels “Sirlər Xəzinəsi”nin bədii dilindən danışarkən göstərir ki, şair bu əsərində bədii sözün bütün həqiqi və məcazi mənalarından istifadə edir. Buna görə də, “Sirlər Xəzinəsi”ni dərindən başa düşmək üçün hərtərəfli, universal biliyə malik olmaq lazımdır. Y. E. Bertels “Sirlər Xəzinəsi”nin bir sıra beytlərinin Qərb və Şərq tədqiqatçıları tərəfndən doğru şərh edilmədiyini göstərmiş, dərin mənalı aforizmlərlə ifadə edilmiş beytləri açıb təhlil etmişdi. Bununla birlikdə Y. E. Bertels “Sirlər Xəzinəsi”ndə çətin anlaşılan təşbih və tərkiblərin işlədildiyini, şairin əsərin dilini bilərəkdən çətinləşdirdiyini qeyd edir. “Sirlər Xəzinəsi” xalq yaradıcılığından gələn çoxmənalı ifadələrlə, idiomlarla, frazeoloji birləəşmələrlə zəngin olduğu üçün onun dərin mənasını başa düşmək doğrudan da bəzi çətinliklər törədir. Y. E. Bertelsin poemanın dili haqqındakı mülahizələri onu bu nəticəyə gətirir ki, “Sirlər Xəzinəsi” sadə xalq kütlələri üçün deyil, yüksək savadlı zadəgan təbəqə üçün yazılmışdır.

H. Araslı “Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir. Y. E. Bertels “Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir. F. Qasımzadə “Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.

Xosrov və Şirin.

Xosrov və Şirin Nizami Gəncəvinin ikinci poemasıdır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami Gəncəvi, bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.

Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.

İranda “Xosrov və Şirin”in elmi tənqidi mətnini Vəhid Dəstgerdi hazırlayıb nəşr etdirmişdir. Vəhid Dəstgerdinin tərtib etdiyi nüsxə otuz qədim və mötəbər əlyazmasının müqayisəsi nəticəsində ortaya çıxmışdır. Bu nüsxələr 1300-1689-cu illər arasında yazılmışdır. Bu və digər cəhətlərinə görə Vəhid Dəstgerdinin nəşr etdiyi nüsxə poemanın ən etibarlı nüsxələrindən biri hesab edilir. əstgerdinin tərtib etdiyi nüsxədə poemanın misralarının sayı 12508-dir. Digər mühüm mənbə olan L. A. Xetaqurovun tərtib etdiyi nüsxədə misraların sayı 12330-dur. Xetaqurovun tərtib etdiyi elmi-tənqidi mətn dünyanın məşhur kitabxanalarında saxlanılan on ən qədim, etibarlı nüsxə əsasında tərtib olunmuş, habelə Dəstgerdinin nəşrindən də istifadə edilərək dəqiqləşdirmələr aparılmışdır. Dəstgerdinin tərtib etdiyi nüsxə Xetaqurovun tərtib etdiyi nüsxədən 278 misra artıqdır.

“Xosrov və Şirin” poeması Nizami Gəncəvi Xəmsəsinin ən maraqlı əsərlərindən biri olsa da, sırf bu əsərin tədqiqinə həsr edilmiş tədqiqatlar olduqca azdır. Bu sahədə Q. Beqdeli və Q. Əliyevin əsərləri xüsusi əhəmiyyətə malikdir. İran alimlərindən Vəhid Dəstgerdi ilk dəfə şairin əsərlərinin mükəmməl elmi-tənqidi mətnlərini hazırlayıb nəşr etdirmiş, həmçinin Nizami əsərlərində çətin anlaşılan sözlərin lüğətini tərtib etmişdir. Lakin, əsərlərin elmi təhlili ilə məşğul olmamışdır. İran alimlərindən Nizami əsərlərinin tədqiqinə xüsusi diqqət yetirəni “Əhvalo asare-qəsaedo qəzəliyyate-Nizami Gəncəvi” əsərinin müəllifi Səid Nəfisidir. Müəllif bu əsərində əsasən Nizaminin dövrü, əsərlərini kimə həsr etməsi haqqında fikirlər söyləsə də, şairin bütün poemalarının yığcam təhlilini də vermişdir. Səid Nəfisi əsasən “Xosrov və Şirin” poemasının əxlaqi-didaktik xüsusiyyətlərindən danışmış, siyasi-ictimai və fəlsəfi əhəmiyyətindən bəhs etmiş, lakin, obrazların təhlilinə diqqət yetirməmişdir. Digər İran alimi, “Nizami şairi-dastansəra” əsərinin müəllifi Əli Əkbər Şəhabi şairin yaşadığı dövr və yaradıcılığı haqqında məlumat verməklə bərabər, sələfləri ilə müqayisədə Nizaminin əsərlərinin təhlili üzərində daha çox dayanıb, Xəmsənin bütün qəhrəmanlarının qısa səciyyəsini vermişdir. 1954-cü ildə Qahirədə Misir alimi Əbdül-Nəim Məhəmməd Həsəneynin “Nizami əl-Gəncəvi” adlı monoqrafiyası nəşr edilmişdir. Əbdül-Nəim Məhəmməd Həsəneyn sələflərinə nisbətən “Xəmsə” haqqında daha geniş fikir söyləmiş, hər poema üzərində ayrıca dayanaraq, onların təhlilini vermişdir. “Xosrov və Şirin” poeması haqqında fikir söyləyən Sovet alimlərindən Y. E. Bertels Nizami yaradıcılığı haqqında bir neçə tədqiqat əsərinin müəllifidir. Bertels özünün ayrı-ayrı əsərlərində “Xosrov və Şirin” poemasının ideya məzmunundan bəhs etmişdir. Bertels XosrovŞirin və Fərhad obrazlarının əsas səciyyələri barədə çox yığcam fikir söyləyib, əsərin digər surətlərindən də qısa şəkildə bəhs etmişdir.

Leyli və Məcnun

Leyli və Məcnun Nizami Gəncəvinin üçüncü poemadır. Leyli və Məcnun mövzusunda məsnəvi yazmağı 1188-ci ildə Nizami Gəncəviyə XXI Şirvanşah olan I Axsitan məktub göndərməklə sifariş etmişdi. Ç. Sasanian I Axsitanın pomadan narazı qalmasını düşünür  və yazır: "Leyli və Məcnun poemasında Axsitanı razı salmayan cəhət, həmən “türki sifətlər” və “köhnə sözlər”dir ki, hökmdar məktubunda şairə xatırlatmışdı.” A. Krımski isə yazır ki, “Nizami əsərinin türkobrazlığı həqiqətdə şirvanşah sarayının zövqünə uyğun olmamışdır.” 

“Leyli və Məcnun” poemasını Axsitanın bəyənməyib mükafatlandırmaması və şairin ölümünə qədər onun hardasa baxımsız qalması, ehtimal ki, XIII əsrin I yarısında poemanın yenidən redaktə olunmaq zərurətini yaratmışdır. Şirvanşahın əsərdəki əsatiri xüsusiyyətlərə, türk xarakterlərinə mənfi münasibəti nəticəsində poema sonradan redaktə edilərək dəyişdirilmişdir. Əsərdə üslub müxtəlifliyinin müşahidə edilməsi, müəyyən fəsillərdə nəzərə çarpan əlaqəsizlik, mətləbdən kənara çıxmaq, əsərin ümumi ideyasına zidd olan beyt və şerlərin yer tutması sübut edir ki, poemanı sənətkarlıq cəhətdən Nizamidən zəif olan bir şair redaktə etmişdir.

Nizaminin “Leyli və Məcnun” poemasının ilk elmi-tənqidi mətni İran alimi Vəhid Dəstgerdi tərəfindən 30 əlyazma nüsxəsi əsasında hazırlanaraq, 1934-cü ildə Tehranda nəşr edilmişdir. O, bu mətni hazırlayarkən, XIII-XVII əsrlərdə üzü köçürülmüş əlyazmalarına əsaslanmışdır. Dəstgerdi əsərin mətninə yazdığı izahatında qeyd edir: “...bu gün “Leyli və Məcnun”un ən səhih nüsxəsi bizimkidir və bütün əlyazma və çap kitabları oxunmaq üçün faydasızdır.” Nizaminin “Leyli və Məcnun”unun mövcud çap nüsxələri içərisində V. Dəstgerdi nəşrindən sonra 1965-ci ildə AMEA Şərqşünaslıq İnstitutununəməkdaşları Ə. Ələsgərzadə və F. Babayevin çap etdirdikləri elmi-tənqidi mətni alimlərin diqqətini daha çox cəlb edir. Akademik Yevgeni Bertelsin redaktə etdiyi bu kitaba akademik Ə.Ə. Əlizadə müqəddimə yazmışdır. Tənqidi mətn 10 əlyazması və V. Dəstgerdinin nəşr etdiyi nüsxə əsasında tərtib edilmişdir. İstifadə edilmiş əlyazmaların ikisi XIV əsrə aiddir və bunlar ən qədim nüsxə hesab edilir. Katib Məhəmməd ibn əl-Hüseyn ibn Sane tərəfindən 1361-ci ildə köçürülmüş və Fransa Milli Kitabxanasında saxlanan nüsxə mətndə əsas götürülmüşdür.

Leyli və Məcnun özünün ideya və məzmununa görə “Xəmsə”yə daxil olan digər poemalardan bütünlüklə fərqlənən orijinal bir əsərdir. Y. Bertels və A. Boldırev “Leyli və Məcnun”u Nizami yaradıcılığında bir uçurum hesab edirlər. Onların fikrincə Nizami bu əsərində bütün yaradıcılığı boyu davam etdirdiyi siyasi, ictimai ideyalardan uzaq düşmüşdür. Y. Bertels yazır ki, ““Leyli və Məcnun”da doğrudan da şairin, onu məşğul edən əsas fikirdən kənarda qalması zənn olunur...”  Bu fikri daha sonra A.N. Boldırev davam etdirərək yazır: “Leyli ilə Məcnunun məhəbbəti haqqındakı əfsanənin ciddi çərçivəsi Nizamiyə üçüncü əsərində mühüm siyasi motivləri nəzərə çarpdırmağa imkan verməmişdir...Ola bilsin ki, ancaq buna görə Nizami Şirvanşah Axsitanın sifarişinə könülsüz yanaşmışdır.” 

Nizami “Leyli və Məcnun” poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. “Leyli və Məcnun”da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərin bu hissəsində orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. İkinci halda isə, mövcud ictimai mühitdə insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.

Poemaya belə bir nəzərlə yanaşdıqda iki Leyli və Məcnun və iki şərait görünür. Birincidə Leyli və Məcnun real, maddi insandır və buna görə də, mövcud ictimai şərait gerçək tarixi şəraitdir. Əsərin bu hissəsində Nizami hadisələri real zəmində təsvir edir. İkincidə isə Leyli və Məcnun məcazi obrazlar kimi təsvir olunurlar. Əsərin bu hissəsindəə təkcə insan sürətləri deyil, varlıq, şərait özü də məcazi baxımdan təcəssüm edilir. Bu cəhətdən əsərin ikinci hissəsində hadisələri ürfani məzmunda tərsim və tərənnüm edilmişdir. Həm də Nizami bu iki mühüm cəhəti əsərdə tam vəhdət halında birləşdirmiş, ikinci birincinin məntiqi davamı kimi verilmişdir. Poemanın birinci hissəsində cərəyan edən real hadisələr və real ictimai-tarixi zəmin üzərində inkişaf edən süjet əsərin sonuna doğru fəlsəfi-ürfani məzmun kəsb edir.

Yeddi gözəl

Nizami Gəncəvinin dördüncü poemadır. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir.

Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420-439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.

Əruz vəzninin Xəfif bəhrində yazılan “Yeddi gözəl” poeması müxtəlif hesablamalara görə 4637-5136 beytdən ibarədir. Əsərin tənqidi nəşrinə yazdığı ön sözdə Almaniya şərqşünası Hellmut Ritter “Yeddi gözəl”i “yeni fars ədəbiyyatının ən yaxşı və ən gözəl eposu” kimi təsvir edir və eyni zamanda “şərqi hind-avropa ədəbiyyatının ən vacib bədii əsərlərindən biri” olduğunu göstərir. Poemanı yazarkən Nizami müxtəlif qədim mənbələrdən istifadə edib ki, onların da arasında Firdovsinin Şahnaməsi və şairin çoban və sadiq olmayan it haqqında hekayəni götürdüyü güman edilən Nizam-əl-Mülkün Siyasətnaməsini qeyd edirlər. Ola bilsin ki, Nizami yeddi gözəlin danışdığı novellaları da yazarkən hansısa daha qədim ədəbi abidələrdən yararlanmışdır, lakin, məlum olan qədim şərq ədəbiyyat nümunələrinin heç biri ilə paralellər qurmaq mümkün olmamışdır.

Nizami tərəfindən yazılmış hekayələr sonrakı dövrdə farsdilli ədəbiyyat, şərq ədəbiyyatı və dünya ədəbiyyatının inkişafına ciddi təsir göstərmişdir. Məsələn, dördüncü (slavyan) şahzadənin söylədiyi qəddar şahzadə haqqında hekayə qərbdə Pöti de la Kruanın tərcüməsində “Turandot” adı ilə məşhur olsa da, müəllifin Nizami olduğu bilinməmişdir.

Poemanın tənqidi mətni Helmut Ritter(de) və Yan Rıpka tərəfindən on beş əlyazma nüsxəsi əsasında hazırlanmış və 1848-ci ildə Bombeydə əldə edilmiş litoqrafiyalarla birlikdə 1934-cü ildə Praqada hazırlanmış və həmin ildə İstanbulda nəşr edilmişdir. Bu nəşr ciddi tekstual-tənqidi metodologiya əsasında hazırlanmış azsaylı klassik farsdilli mətnlərdən biridir: mütəxəssislər əlyazmaları “A” və “B” adlandırdıqlar iki qrupa bölmüşdür. Yalnız hər iki qrup əlyazmalarda yer alan beytlər orijinal hesab edilmişdir. “B” qrupunda yer alan əlyazmalar nəşr üçün əsas hesab edilmiş, “A” qrupunda yer alan əlyazmalardan əlavə olunmuş beytlər isə kvadrat mötərizələrlə işarələnmişdir. “A” qrupu üçün xarakterik olan beytlər tənqidi hissələrlə verilmişdir. 1936-cı ildə İran alimi Vahid Dəstgirdi əsəri nəşr etdirmiş və bu nüsxə sonralar da bir neçə dəfə təkrarən nəşr olunmuşdur. Dəstgirdi “hicri 700-1000-ci illəri əhatə edən” on üç qədim əlyazma nüsxəsindən istifadə etmişdir.

İsgəndərnamə İsgəndərnamə, Nizami Gəncəvinin beşinci və sonuncu poemadır. Poema 1200-1203-cü illər arasında fars dilində yazılmışdır. "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir.

Şair bu əsərdə ictimai-siyasi hadisələri fəlsəfi və bədii lövhələrlə işıqlandırmışdır. Poemada elmi-fəlsəfi məzmun yüksək bədii forma ilə birlikdə verilir ki, burada Nizami qələminin gücü özünü göstərir. M. F. Axundov Nizami İskəndərnaməsini “həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm”adlandırır.[112] Firudin bəy Köçərli isə qeyd edir ki, Nizami kimi “fəsih, rəvan təb və şirin zəban şair dünya üzünə az gəlibdir.”

Ə. Abbasov qeyd edir ki, “İsgəndərnamə” əzmun (bəzi sahələrdə) və forma cəhətdən Nizami yaradıcılığında müstəsna mövqe tutmaqla yanaşı, şairin başqa poemalarından üstünlük təşkil edir. S. Nəfisi isə qeyd edir ki, İsgəndərnamə bədii cəhətdən şah əsər olmaqla yanaşı, şairin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarına nisbətən ikinci dərəcəli əsərdir.

İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır. Saqinamə və müğənninamələr İskəndərnamədə bir yenilikdir. Şair hər dastanın məzmununu nəql etməzdən əvvəl, adətən, giriş xarakterli nəsihətnamə verir. Müəllifin digər poemalarında da bəzən həmin üsula rəayət edilsə də, ancaq İsgəndərnamədə bu bir sistem şəklini alır. Nizami bir qayda olaraq hər epizodun sonunda yığcam nəticələr çıxarır.

XIX əsrdən başlayaraq Nizaminin başqa əsərləri ilə yanaşı “İsgəndərnamə” poeması da Avropada tanınmağa başlayır. Məşhur şərqşünas Hammer “İsgəndərnamə”dən 100-ə qədər beyti alman dilinə tərcümə edir. Avropa şərqşünaslarından Darmsteter, Ete, Yakob, Braun, Arberru, Miller və başqaları öz əsərlərinə “İsgəndərnamə” poemasından qısa şəkildə bəhs edirlər. Macarıstan şərqşünası V. Baxer 1871-ci ildə Nizaminin həyat və yaradıcılığına aid yazdığı kitabında Ceyms Darmesteter Şərqdə “İskəndərnamə” rəvayətindən danışarkən yeri gəldikcə Nizaminin əsərindən də bəhs edir. O, göstərir ki, Nizaminin İsgəndəri peyğəmbər, Allahı sevən və İbrahimin nəvəsidir. Darmsteterin fikrincə, Nizaminin atəşgahların dağıdılmasına aid olan qədim mənbələrdən məlumatlı olduğunu demək çətindir. Ete Herman İsgəndərin dirilik suyu ardınca zülmət dünyasına getməsi epizodunun fars mətninin almancaya tərcüməsini və şərhini vermişdir. O, özünün “Fars ədəbiyyatı tarixi” adlı başqa bir əsərində də yeri gəldikcə “İsgəndərnamə” haqqında fikirlər söyləmişdir. Arberriyə görə “İsgəndərnamə” Şairin dördüncü poemasıdır. Müəllif nədənsə “Şərəfnamə”ni (I hissə) “İqbalnamə”, “İqbalnamə”ni (II hissə) isə “Xirədnamə” adlandırır.

“İsgəndərnamə” Nizami Gəncəvinin poemaları arasında elmi-tənqidi mətni olan ilk əsərdir. Akademik Ə. Əlizadə və F. Babayev tərəfindən hazırlanmış bu nəşr dünyanın müxtəlif kitabxanalarında saxlanılan ən qədim on əlyazma əsasında tərtib edilmişdir.

.