Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
17 Oktyabr , 2018

Mən oxudum,sən də oxu!

17 oktyabr 2018-ci il tarixində Zərdab rayon MKS-inin Mərkəzi Kitabxanasında azyaşlı oxucular üçün “Mən oxudum,sən də oxu!” adlı mütaliə saatı keçirilib.

Tədbirdə Zərdab şəhər 3 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri iştirak edirdilər.

Şagirdlər böyük bir həvəslə kitabxana əmakdaşlarının nümayiş etdirdikləri kitablarla tanış olublar. Kiçik yaşlı məktəblilərin bəziləri elə oradaca da kitab oxumaqla məşğul oldular. Onlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət etdilər. Tədbirdə Fəxri Əsədli “Dayə Tülkü” , Zəhra Cavadlı ”Ac qurd” və Ayxan Qasımov “Ayı və Qarışqa” nağıllarını oxudular. Uşaq şöbəsinin əməkdaşı Nisə Qasımova şagirdlərimizi maraqlandıran suallara aydınlıq gətirdi.

“Mütaliə saatı”nın keçirilməsinin əsas məqsədi kitabxanada olan kitablarla məktəbliləri tanış etmək, onların mütaliə mədəniyyətlərinin, dünyagörüşlərinin formalaşmasına, nitq mədəniyyətlərinin zənginləşməsinə kömək etmək, kitaba olan marağını artırmaq, qiraət etməyə həvəsləndirmək və kitabxanaya yeni oxucular cəlb etməkdir.