Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
15 Oktyabr , 2018

15.10.2018-ci il tarixində  Zərdab rayon Mərkəzi Kitabxanasında Uşaq şöbəsinin təşkilatçılığı  ilə “Kitabxanaya daxil olan  yeni  kitablar ” başlıqlı  kitab sərgisi keçirildi. Kitab təbliğində xüsusi əhəmiyyət kəsb edən tədbirlərdən biri də kitab sərgilərinin təşkilidir. Kitabxanaya daha çox oxucu cəlb etmək, kitabxanaya və kitaba qarşı marağını artırmaq məqsədi ilə yeni kitabların təqdimat mərasimləri,  kitab sərgiləri və s. mövzularda tədbirlərin  keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə  H.Aslanov adına şəhər 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri iştirak edirdilər.

 Uşaq şöbəsinin kibabxanaçı-biblioqrafı  Nisə Qasımova  məktəblilərə kitabxanaya yeni daxil olan “R.Rzanının “Təranənin oyuncaqları”,M.Cəlalın “İki rəssam”,”Daşdəmirin nağılı”,X.Əlibəylinin “Ay çəmən”, T.Elçinin “Balaca Aytən”, N.Rəfibəylinin “Bir cüt xurma ağacı”, A.Şaiqin”Yaxşı arxa”, İ.Tapdığın “Bir evim var” “Beş qardaş “ ingilis xalq nağılları və s. bərpa nəşrləri  və “Göy qurşağı” jurnalının yeni nömrələri   haqqında ətraflı məlumat verdi.O, sərgi iştirakçılarına kitab oxumağın faydalarından da danışdı. Və qeyd etdi ki,kitab oxumaq yaşindan asili olmayaraq her kəsə vacibdir.