Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Rayon haqqında
30 Noyabr , -1

Sovet İttifaqı qəhrəmanı polkovnik Məlik Məlik oğlu Məhərrəmov 1920-ci ildə avqustun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində, kəndli ailəsində anadan olmuşdur. Ata və anasını erkən itirən Məlik iki yaşından böyük qardaşı Məhəmmədəlinin öhdəsinədə qalmışdır. Məhəmmədəlidə Böyük Vətən müharibəsində itkin düşmüşdür. Məlikin özündən böyük dörd bacısı olsa da onların ayrıca ailələri olmuşdur. Kimsəsi qalan Məlik ağır şəraitdə kəndlərdəki məktəbə cəlb olunmuşdur. 
1936-cı ildə Bıçaqçı kənd natamam orta məktəbinin yeddinci sinfini əla qiymətlərlə başa çatdırıb, Bakıya gəlir. Burada Xalq Təsarufatının Qeydiyyatı texnikumuna daxil olur. 1939-cu ildə oranı əla qiymətlərlə bitirib, Bakıdakı “Qırmızı oktyabr” ortelində mühasib koməkçisi kimi əmək fəaliyyətinə başlayır. Elə həmin ilin oktyabrında ordu sıralarına çağrılır və Moskvadakı Mərkəzi hərbi rabitə məktəbinin kursantlığına qəbul olunur. Bu məktəbi bitirməyə az qalmış Alman faşıstlərinin sovet ölkəsinə qəfil hücumu başlayır. Müharibənin 3-cü günü məktəbin kursantlarından ibarət “Marşevaya rota” deyilən hərbi dəstə yaradılır. Kursant Məlik əmin dəstənin tərkibində müharibəyə, özü də cəbhə bölgəsinə yollanır. 
1941-ci ilin dekabrında Məlik yenidən Şimal-Qərb cəbhəsinin ön döyüş xəttinə qaytarılır. 
1942-ci ilin fevralın 3-də Volxova yaxınlığındakı döyüşdə Məlik üçüncü dəfə yararlanıb xəstəxanaya düşür. Xəstəxanadan çıxandan sonra həmin ilin martında Vladimirski piyada məktəbinə göndərlir. Məktəbi əla qiymətlərlə bitirib, “leytinant” rütbəsini alır. 
1943-cü ilin iyununda üçüncü dəfə cəbhəyə gedir. Birinci Belarus cəbhəsinin 5-ci atıcı rotasının komandiri olaraq döyüşə girir. 
1943-cü il sentyabrın 22-də Çerniqov şəhərinin düşməndən təmizlənməsində rotaya bacarıqla rəhbərlik etdiyinə görə rota komandiri Məlik Məhərrəmov “Qırmızı bayraq” ordeni ilə təltif olunmuşdur. 
1944-cü il fevralın 4-də Kremildə Kalinin özü Məlik Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı nişanı və Lenin ordenini təqdim etmişdir. 
1944-cü ilin iyununda Məlik Məhərrəmov öz şəxsi xahişi ilə cəbhənin ön xəttinə – keçmiş Çernikov atıcı diviziyasına yollanır. Döyüşçülərlə Polşa sərhədlərinə gedib çıxır. Visla çayı sahilində istehkam mövqeyi tuta bildiklərinə görə Məlik Məhərrəmov üçüncü dəfə “Kutuzov” ordeni alır. 
1944-cü ilin dekabrında onu 215-ci polkub atıcı batalionunun komandiri təyin edirlər. Həmin vəzifədə o, Polşanın ərazisinin düşməndən azad edilməsində cəsarət göstərir və elə döyüşdə Məlik Məhərrəmov beşinci dəfə yaralanır. 
1945-ci ilin aprelin 15-də Berlin üzərinə hücum zamanı Məlik Məhərrəmov sonuncu – altıncı dəfə ağır yaralanır, Xarkov şəhərinə hərbi xəstəxanaya göndərilir. Xəstəxanada olarkən o, birinci dərəcəli “Oteçestvennıy voynı” ordeninə layiq görülür. 
1950-cı ildə Bakının keçmiş Kaqanovski rayonunda hərbi komisar təyin edilmişdir. 
1951-ci ildə ali hərbi təhsil almaq üçün o, M.Frunze adına hərbi Akademiyaya daxil olur. 1954-cü ildə hərbi Akademiyanı bitirib 68-ci atıcı polkun ştab rəisi olur.