Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
11 Yanvar , 2019

11 yanvar 2019-cu il tarixdə Zərdab rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsində Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu, şairi, nasiri, tərcüməçi, kinossenarist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar   “Ədəbiyyatımızın fəxri” adlı söhbət keçirildi.Tədbiri giriş sözü ilə Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva açaraq bildirdi ki,Cəfər Cabbarlı ədəbiyyatımıza təbii, mübariz müəllim surətləri gətirmişdir. O, qüdrətli sənətkar qələmi ilə öz əsərlərində Azərbaycan xalqının həyat və məişətini, maarif və mədəniyyətini, onun tarixini, öz dövrünün yüksəlişini məharətlə təsvir etmişdir.

Bu nöqteyi-nəzərdən Cəfər Cabbarlı bu gün də, gələcəkdə də bizim yeni nəsillərin həyat müəllimlərindən biri olaraq yaşayır, yaşayacaqdır.

 Kitabxanaçı Elyanə Rüstəmova C.Cabbarlının   həyat və yaradıcılığından söhbət açaraq  qeyd etdi ki,C.Cabbarlı. 35 illik ömrünün 20 ilini ədəbi yaradıcılıqla məşğul olub, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələr verib.

 Foyedə  C.Cabbarlının kitablarından,  tədqiqatçıların  C.Cabbarlı yaradışılığı  haqqındakı  elmi-publisistik məqalələrdən və qəzet məateriallarında ibarət sərgi təşkil olunmuşdur.