Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Rayon haqqında
30 Noyabr , -1

Tanınmış teleaparıcı, siyasi şərhçi, Azərbaycanın “Əməkdar jurnalisti”, gözəl insan İbrahim Məmmədov 1964-cü il iyul ayının 16-da Zərdab rayonunun Əlvənd kəndində anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi bitirdikdən sonra N. Tusi adına Pedoqoji Universitetinə qəbul olub. Universitetin tarix-hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib. 
Müstəqil həyata vəsiqə qazanaraq əmək fəaliyyətinə başlayıb. Ölkəmizin müxtəlif mətbuat orqanlarında çalışan İ. Məmmədov ən böyük nailiyyətlərə televiziya sahəsində işləyərkən imza atıb. O, 2006-cı ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Bu redaksiyada İ. Məmmədovun müəllifi və aparıcılığı ilə “Həftə” analitik informasiya proqramı hazırlanır. Proqram Azərbaycanın ictımai-siyası həyatında, eləcə də dünyada baş verən ən mühüm hadisələrə həsr olunur. Bundan başqa, redaksiyada “Günün nəbzi”, “Əsas məsələ”, “Bizim planet”, “Kənd saatı”, “Keyfiyyət möhürü” verilişləri də hazırlanır. 
İ. Məmmədov öz ssenarisi əsasında müxtəlif sənədli filmlərə də müəllifik edib. O, ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Liderlik missiyası” adlı üçhissəli sənədli filmi ərsəyə gətirməklə, Azərbaycan teleməkanında yeniliyə imza atıb. Bu filmin çəkilişləri Azərbaycanla birlikdə Rusiya, ABŞ, Fransa və dıgər ölkələrdə aparılıb. Filmdə tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu dəyərli faktlarla tamaşaçılara çatdırılıb. 
Onun redaktorluğu, ssenari müəllifliyi və aparıcılığı ilə Azərbaycan Dövlət Televiziyasında ərsəyə gətirilən “Sovet imperiyasının gizlinlərı: Qriqoryanın işi” sənədli filmi isə erməni dezinformasiyanın qarşısının alınmasına, Sumqayıt hadisələrinin əsl mahiyyətinin açılmasına xidmət edən sanballı ekran əsəridir. 3 saat 15 dəqiqəlik bu filmdə 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri ətraflı araşdırılıb. Şahid və zərərçəkmişlərin çıxışları ilə yanaşı, sənədli ekran əsərində istefada olan polkovnik leytenant, 1954-cü ildən DTK-da işləyən Yuri Stepanoviç Qalasilkin, 1988-1992-ci illərdə Sumqayıt şəhər icraiyyə komitəsi sədrinin birinci müavini işləmiş Əli Həsənov, istefada olan general, 1969-1991-ci illərdə SSRİ DTK-nın 5-ci idarəsinin, siyasi əks-kəşfiyyatın rəisi Filip Bobkov, DTK-nın Sumqayıt şöbəsinin keçmiş əməkdaşları Asif Cəbrayılov, Hacıəli Hacıəliyev, SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləmiş Vladimir İvanoviç Kaliniçenko, 1988-ci ildə SSRİ Prokurorluğunun istintaq qrupunun üzvü olan Niyazi Vəlixanov, 1986-1990-ci illərdə Sov İKP MK-nın milli məsələlər üzrə katibi olan Aleksandr Yakovlev, 1988-ci ildə cinayətkar qrupun məhkəmə prosesinin hakimi Mənsur İbayev və o zaman dövlət ittihamını müdafiə edən Aslan İsmayılovun fikirlərinə də geniş yer verilib. Filmin hazırlanması prosesində 34 cilddən ibarət cinayət işi bütün xırdalıqlarına qədər öyrənilib və təhlil edilib, AzTV-nin, MTN-in arxiv materiallarından istifadə olunub. Cinayət işləri və arxiv sənədləri əsasında 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş talanların Ermənistanın millətçi dairələri, Mixail Qorbaçov və yaxın ətrafı, sovet DTK-sı tərəfindən hazırlanmış təxribat olduğu tam sübuta yetirilib. 
Məhz buna görə, Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə televiziya nominasiyası üzrə AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olaraq “Humay” mükafatına layiq görülüb. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti isə xüsusi diplomla təltif edilib. 
Bundan başqa İ. Məmmədov Prezident İlham Əliyevə həsr olunmuş “Böyük yolun davamçısı”, qədim dövrlərdən bu günə kimi Azərbaycan bayraqlarının tarixindən bəhs edən “Yüksəlişə üçrəngli yol” sənədli ekran əsərlərinin müəllifidir. O, eyni zamanda AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının hazırladığı “Birinci respublika” “Atatürk”, “Üc min illik təhsil”, “Döyüşlərdən doğulmuş şəhər” və digər sənədli filmlərin redaktorudur. 
İbrahim Məmmədov Prezident İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.