Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Rayon haqqında
30 Noyabr , -1

Qocayev Səlim Kərim oğlu 1922-ci ildə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. 1930-1940-cı illəri əhatə edən məktəb dövrünü Zərdab rayonunda başa vurub. 1941-1942-ci illərdə SSRİ Dövlət bankının Zərdab rayon şöbəsində nəzarətçi-hesabdar kimi fəaliyyətə başlayıb. 1943-cü ildən etibarən SSR Daxili İşlər Nazirliyi Zərdab rayon Daxili İşlər Şöbəsində sıravi polis işçisi işləyib. Səlim Qocayev burada işlədiyi müddətdə, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin hüqüq fakültəsinin qiyabi şöbəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. O, ali təhsilli hüquqşünas kimi 1963-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunub. Dəfələrlə qatı cinayətlərin açılmasında peşəkarlıq göstərib. Bu peşəkarlığın nəticəsi olaraq, bir müddətdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin baş müstəntiqi vəzifəsinə təyin edilib. Bu illərdə göstərdiyi peşəkar xidmətlərə görə, 8 adda orden və medalla təltif olunub. 
S. Qocayev həm də gözəl ailə başçısı idi. 2 qızı, 2 oğlu var. 
Uzun illər mühüm vəzifələrdə çalışmış və rayonumuzu şərəflə təmsil etmiş Səlim Qocayev bir neçə il öncə haqqın rəhmətinə qovuşub. Allah rəhmət eləsin.