Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
1 Fevral , 2019

 01.02.2019-cı il tarixdə Zərdab Rayon Mədəniyyət Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin yeni təyin olunmuş rəisi Ramiz Quliyevin iştirak ilə mədəniyyət işçilərinin seminarı keçirildi.

2019-cu ildə qarşıda duran vəzifələrdən ətraflı söz açan İdarə rəisi   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019- cu il tarixli Fərmanının əhəmiyyəti haqqında da mədəniyyət işçilərinə ətraflı məlumat vermişdir.

 Daha sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin  məsləhətçisi, Zərdab  rayonu üzrə nümayəndə  Urfan Əhmədov,  Zərdab  rayon Mədəniyyət Mərkəzinin direktoru  Elyurə Məmmədova, Zərdab rayon MKS-inin direktoru  Nailə Əliyeva  və digər müəssisə rəhbərləri  çıxış edərək ötən müddət ərzində həyata keçirilən işlər haqqında məlumat verdilər. Qarşıda duran vəzifələrin icrası istiqamətində  görüləcək işlərdən  danışdılar.

 


Foto Qalereya