Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
5 Fevral , 2019

 5 Fevral 2019-cu il tarixdə Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə Gəlmə kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada  “Şəhidliyin fəzilətləri ” adlı tədbir keçirildi.

 Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə MKS-inın direktoru Nailə Əliyeva açaraq mövzunun əhəmiyyətindən danışdı. O, ölkəmizdə hər zaman şəhidlərin böyük etiram hissi ilə anıldığını ,cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimovdan,Aprel döyüşlərində həlak olan   həmyerlimiz Nurlan Abdullazadədən danışaraq  bidirdi ki,Şəhidlər dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət səlnaməsi,sabahımızın əbədi örnək təmsilçisidir.  

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və  Mirzə Abbasov öz çıxışlarında  vurğulayıblar ki, şəhidlik ən uca zirvədir və dinimizdə də şəhidliyə böyük önəm verilir. Onlar  dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından danışaraq deyib ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin 2018-ci il 19 aprel fərmanında dəyişiklik edilməsi barədə Fərmanı cəmiyyətimiz tərəfindən müsbət qiymətləndirilir.Tədbirdə çıxış edən digər iştirakçılar da mövzu ilə bağlı fikirlərini bölüşdülər.Sonda isə tədbir iştirakçıları ilə mövzu ətrafında diskussiya aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.