Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
6 Fevral , 2019

6 fevral 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Qəhrəmanlar unudulmur" adlı silsilə tədbirlər keçirdi.Əvvəlcə Zərdab rayon 3 saylı məktəbin 3 cü sinfində sohbət keçirildi.Uşaq şöbəsinin müdiri İlahə Əsədova şagirdlərə Mübariz İbrahimov haqıında geniş məlumat verərək bildirdi ki, Mübariz İbrahimovun  qanında-canında qəhrəmanlıq, mübarizlik hissi vardı. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın  vətən sevgisi onu şəhidlik zirvəsinə ucaltdı.Şagirdlər Mübariz İbrahimova aid şeirlər söylədilər.Daha sonra tədbir Mərkəzi Kitabxananın Uşaq şöbəsində davam etdirildi.Əvvəlcə şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildi.Mərkəzi Kitabxananın direktoru Nailə Əliyeva cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışdı, şəhidliyin ən uca zirvə olduğunu vurğuladı.  Qeyd etdi ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olub.

Oxucular- Fəxri Əsədli, Zəhra Cavadlı, Saleh Salikzadə, Ləman Rəhimli, Nuran Xəlilov, Xədicə İsmayılova Mübariz İbrahimova həsr edilmiş şeirlər söylədilər.Uşaq şöbəsinin multimedia mütəxəssisi Elnarə Salikovanın hazirladığı video- çarx iştirakçıları daha da təsirləndirdi.Sonda "Torpağı Vətən Eyləyən Oğullar" sərgisinə baxış keçirildi.