Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
6 Fevral , 2019

Azərbaycanın milli qəhrəmanlarının həyat yolundan nə öyrənirik?

 6 fevral 2019-cu il tarixdə   Hərbi vətənpərvərlik hissinin aşılanması mövzusunda keçirilən tədbirlərin davamı olaraq,Azərbaycanın cəsur oğlu,Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi H.Aslanov adına 3 saylı  tam orta məktəbdə Azərbaycanın milli qəhrəmanlarının həyat yolundan nə öyrənirik?” adlı tədbir keçirildi. 

Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Rəna Əhmədova Mübarız İbrahimovun döyüş yolu haqqında məlumat verdi. Kitabxananın əməkdaşları Xanım Abışova ,Cəmalə Feyzullayeva, Elyanə Rüstəmova  uşaqlara Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmanlığı haqqında məlumat verərək, uşaqlar arasında”Mübariz İbrahimovu necə tanıyıysınız?” başlığı altında sual- cavab apardılar.Tədbirdə vııı b sinif şagirdi  Eminova Aytac   Mübariz İbrahimovun ailəsinə son məktubu    oxudu  ,  Aytac  Məmmədova, Xeyransa İsayeva,  Camal Zalov, Həsən  Əliyevin  ifasında Mübariz İbrahimova həsr olunmuş şerlər dinlənildi. Tədbirin sonunda məktəbin foyesində təşkil olunmuş “Bir gün Mübarizə dönəcək hamı” adlı sərgiyə baxış keçirildi, müəllim Babaşov Babaş tədbir haqqında öz fikirlərini söyləyərək kitabxana işçilərinə minnətdarlığın bildirdi.

Foto Qalereya