Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
7 Fevral , 2019

Fevralın 7-də Zərdab rayon Mərkəzi ktabxananın Oxuculara xidmət şöbəsinin işçiləri Mərkəzi xəstəxanada kitab sərgisi təşkil ediblər. Sərgidə kitabxanaya yeni daxil olan bədii ədəbiyyatlar, tibbə aid kitablar və s. təqdim olunub. Əsas məqsəd MKS-nin fonduna daxil olmuş yeni kitablar, yerli yazarların əsərlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında xəstələrə və tibb kollektivinə səyyar kitabxana xidməti göstərilib. Kitabxananın əməkdaşları tədbir iştirakçılarına ölkəmizdə, eyni zamanda rayonumuzda gedən quruculuq işlərindən ətraflı məlumat verib. Sərgi ilə tanış olan bir qrup iştirakçı kitabxanaya üzv yazılıb

Mərkəzi kitabxananın işçiləri Xanım Abışova, Cəmalə Feyzullayeva, Elyanə Rüstəmova və Vüsalə Abdullayeva tərəfindən göstərilən xidmət tibb kollektivləri və xəstələr tərəfindən böyük razılıqla qarşılanıb.

Foto Qalereya