Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
8 Fevral , 2019

8 fevral 2019-cu il tarixində  Zərdab rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist , detektiv əsərlər müəllifi, hüquqşünas Əlisəfa Azayevlə  görüş keçirilmişdir.

Tədbirdə kitabxanaçılar və fəal oxucular iştirak edirdi.                           

Tədbiri giriş sözü ilə MKS-inin  direktoru  Nailə Əliyeva açdı və oxuculara tədbirin mahiyyəti haqqında məlumat verdi. Oxuculara xidmət şöbəsinin Abonoment bölməsinin müdiri Cəmalə Feyzullayeva Əlisəfa Azayevin  həyat və yaradıcılğı haqqında məlumat verərək, yazıçının detektiv janrda yazdığı əsərlərinin Azərbaycan oxucularının böyük rəğbətini qazanmasından danışdı.

Kitabxananın əməkdaşlarından Gülzar Qasımova, Gülüstan Rəhimova, Rəqibə Qasımova  qeyd etdilər ki,   Əlisəfa Azayevin əsərlərini daim izləyir və maraqla mütaliə edirik. Onun əsərləri zəngin müşahidə əsasında yazılıb, insanlarda düzlük, zəhmətsevərlik, dözümlülük, özündən böyüklərə hörmət, kiçiklərə qayğı göstərmək kimi məziyyətləri tərbiyə etmək məqsədi daşıyır.Biz Ə.Azayevin   yeni kitabının nəşrini səbirsizliklə gözləyirik və sevimlı yazıçımıza yeni yaradıcılıq uğurları arzulayırıq.Tədbir boyu müəllifə əsərləri ilə əlaqədar suallar ünvanlandırıldı.Əlisəfa Azayev kitabxanaya “Ölüm qorxusu” və “Fədakarlıq anı” kitablarını hədiyyə etdi.    Sonda MKS-nin direktoru Nailə Əliyeva müəllifə oxucular və kitabxanaçılar adından təşəkkür edib, xoş arzularını çatdırdı.                                                                

İştirakçılar Əlisəfa Azayevlə görüşdən xatirə şəkilləri çəkdirdilər.

 

 

Foto Qalereya