Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
11 Fevral , 2019
11 fevral 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin işçiləri tərəfindən açıq havada kitab sərgisi və Açıq kitabxana xidməti təşkil edilib. Burada 200-dən çox kitab nümayiş etdirilib. “Yeni kitablar”,”Siz hələ bizi oxumamısız", “Biz hələ köhnəlməmişik” başlıqlı kiril ədəbiyyatı və s. başlıqlı sərgilər oxucular tərəfindən maraqla qarşılanıb

Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva bildirdi ki, səyyar kitabxana xidmətinin həyata keçirilməsində əsas məqsəd əhalinin kitaba marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. Tədbir zamanı bir qrup oxucu kitabxanaya üzv oldular. 
Zərdab rayon MKS-yə daxil olan kitabxanalar əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməyə çalışırlar. Kitabxananın xidmət etdiyi ərazidə yaşayan yaşlı oxuculara evlərdə və istirahət məkanlarında səyyar kitabxana xidməti göstərilir.Səyyar kitabxana xidməti axşam saat 18.00-a dək davam etdirilir.
Foto Qalereya