Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
25 Fevral , 2019

Erməni işğalçılarının torpağlarımızı işğal etməsindən sonra öz doğma yurd-yuvasından didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkün ailələrindən biri də Zərdab şəhərində müvəqqəti məskunlaşmış  məcburi-köçkün   Əliyeva Sitarə İsmayıl  qızının ailəsidir.Vaxtaşırı olaraq, Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşları bu ailəni ziyarət edir.

26 feral 2019-cu il tarixində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva  direktor müavini Gülüstan Rəhimova və Uşaq şöbəsinin əməkdaşı Elnarə Salikova   Əliyeva Sitarə İsmayıl  qızının ailəsini  ziyarət etmişlər. Sitarə xanım ona göstərilən bu  diqqət və qayğıdan  şox duyğulandı.İllərin həsrətini çiynində daşıyan  Sitarə  anayla söhbət etmək  çox çətin idi. Onunla söhbətdə bildirdi  ki,  27 ildir  Vətən həsrətilə yaşayırıq. Düzdür, dövlətimiz tərəfindən məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlər görülür. Amma  torpaqlarımıza  qayıdacağımız günü ümüdlə gözləyirik.  Bu illər ərzində    zərdablıların  bizə necə hörmətlə yanaşdıqlarını, bizə göstərdikləri qayğıları  dəyərləndiririk. Allah hamınızdan razı olsun!          

 Sitarə ana hər görüşdə olduğu kimi,bu dəfə də  Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində   Qəhrəman oğullarımızın qəhrəman davamçıları sayəsində Vətənimizin düşmən tapdağından azad olacağını əminliklə ifadə etdi və söylədi ki, o, zaman şəhidlərimizin ruhu sakitlik tapacaq.

Biz də ordumuzun bu gücünə inanarıq.Tezliklə Vətənimizin başı üzərindən o, qara buludlar götürüləcək, mənfur ermənilərdən şəhidlərimizin qisası alınacaq.O, günü səbirsizliklə gözləyirik.

Ayrılarkən Sitarə ana belə bir bayatı söylədi:

Kəm baxtı sönən qərib,

Qürbətdə ölən qərib,                          

Bəxtəvər günə düşdü, 

Vətənə dönən qərib.

Sitarə anaya Vətəninə,bəxtəvər günlərinə  qovuşmağını arzuladıq.

 

 


 

 

Foto Qalereya