Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
7 Mart , 2019

07 mart 2019-cu il tarixində Zərdab rayon Məkrəzi Kitabxanasında Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ” Qadın – adı kimi özü də əziz bir varlıq” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açaraq tədbir haqqında geniş məlumat verərək, xanımları təbrik etdi. 
Oxuculara xidmət şöbəsinin müdiri Səfərəliyeva Mehparə ” Qadın – adı kimi özü də əziz bir varlıq” adlı məruzə ilə çıxıç edərək bildirdi ki, bu tədbir adı kimi özləri də bizlərə əziz olan, adına şeirlər, mahnılar yazılıb, dastanlar qoşulmuş analarımıza həsr edilib. Ana ilahi qüvvə, ulu varlıqdır,biz həyatda qiymətli olan nə varsa onları anaya bənzədirik: Bütün arzu-kamı qəlbimizdə qərar tutmuş, qədrini el, ətrini gül bilən analarımızın saçının ağına, qarasına, könlünün o həzin laylasına qurbanıq. Ona görə ki, analarımızın südü təmiz, diləyi müqəddəsdir.
Tədbirdə qonaq qismində iştirak edən Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Mədəniyyət Mərkəzinin diretoru Elyurə Məmmədova, Tarix Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva ,Şöbə müdirləri Gülzar Qasımova,Rəqibə Qasımova, Gülüstan Rəhimova, Nisə Əliyeva,Gülnaz Məmmədova, İlahə Əsədova çıxış edərək tədbir iştirakçıların təbrik etdilər və qeyd etdilər ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analardır – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Tədbir musiqi sədaları ilə davam etdi.