Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
12 Mart , 2019

     12.03.2019-cu il tarixdə  Zərdab rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin əməkdaşları Nisə Qasımova və Elnarə Salikova Zərdab  şəhər 2 saylı Körpələr evi-Uşaq  bağçasında  “Sehrli dünya” mövzusunda nağıl saatı keçiriblər.

    İlk öncə tədbiri giriş sözü ilə Nisə Qasımova açaraq, tədbir iştirakçılarını və uşaqları salamlayıb.Sonra Elnarə Salikova Gülzar ibrahimovanın  “Şah və Cavan” ,  “Sehrli televizor” nağıllarını oxuyub.  Uşaq şöbəsinin  əməkdaşları  hər bir nağılın qəhrəmanları haqqında uşaqlara geniş məlumat verib və uşaqların nağıl qəhrəmanları haqqında verdiyi sualları ətraflı cavablandırıblar.

      Eyni zamanda Bağçada nağıl kitablarından və jurnallardan  təşkil olunmuş sərgi uşaqların marağına səbəb olub.Tədbirin keçirilməsində məqsəd uşaqlara kiçik yaşdan mütaliə mədəniyyəti və vərdişini aşılamaqdan ibarət olmuşdur.

 

Foto Qalereya