Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
15 Mart , 2019

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən  Zərdab şəhər 3 saylı tam orta məktəbində İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə əlaqədar “İsmayıl Şıxlı-100” adlı  səyyar kitab  sərgisi təşkil olundu.  

Tədbirdə 3 saylı tam orta məktəbin VII sinif şagirdləri iştirak etdi.

Mərkəzi Kitabxananın əməkdaşı Cəmalə Feyzullayeva İsmayıl Şıxlının həyat və yaradışılığı haqqında məlumat verərək bildirdi ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Məktəblilər İsmayıl Şıxlının “Dəli Kür” romanında onları maraqlandıran obrazlar haqqında suallarla əməkdaşlara müraciət etdilər.

Belə tədbirlərin keçirilməsində məqsəd kitabxanaya daha çox oxucu cəlb etmək, məktəbli oxucularda kitablara maraq oyatmaqdır.

 

Foto Qalereya