Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
19 Mart , 2019

19 mart 2019 – cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında Novruzun İlaxır çərşənbəsi və bütün Azərbaycan xalqının milli bayramı olan 20-21 Mart Novruz bayramına həsr olunmuş “Gəl baharım” adlı bayram şənliyi keçirildi.

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva tədbiri açaraq ,Novruz bayramı münasibəti ilə şənlik iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını təbrik edib xoş arzularını bildirdi.Novruz  bayramının tarixi və çərşənbələr haqqında məlumat verərək ,Novruz bayramının Azərbaycan xalqının tarixində xüsusi yeri olduğunu qeyd etdi.

Tədbirdə şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin Novruz oyunlarından olan “Fincan-Fincan” oyunu tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Şənlikdə məktəblilərlə yanaşı iştirak edən şəhər 1 , 2 və 3 saylı körpələr evi-uşaq baxçalarının körpə fidanlarının ifasında Novruz oyunları ,müxtəlif nağılların səhnələşdirilməsi tədbirə böyük coşqu qatdı.

Novruz bayramı ilə əlaqədar Mərkəzi Kitabxanada sərgi təşkil olunub. Sərgidə Novruzun atributlarına və adət-ənənələrinə aid kitablar nümayiş etdirilib.