Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
4 Aprel , 2019

4  aprel 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında  Aprel döyüşlərinin ildönümü ilə bağlı “Şanlı döyüş tariximiz-Aprel döyüşləri” adlı tədbir keçirildi.

 Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

  Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov , şəhər kitabxana filialları və 3 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

 Tədbiri giriş sözü ilə Zərdab  rayon MKS-inin direktoru Nailə Əliyeva açaraq bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər.

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin əməkdaşı Cəmalə Feyzullayeva “Şanlı döyüş tariximiz-Aprel döyüşləri” adlı məruzə ilə çıxış edərək, Aprel döyüşləri Azərbaycan və Dağlıq Qarabağın siyasi hərbi nəticələri ilə bağlı böyük rolu oldu. Belə ki, bu döyüş Dağlıq Qarabağ münaqişəsinin tarixində dönüş nöqtələrindən biri olduğunu qeyd etdi.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov  da öz fikrini söyləyərək bildirdi ki, Aprel döyüşləri kimi, həm fəxrimiz, həm də acımızla tariximizə düşən 4 günlük müharibənin ildönümüdür. Cümlə Şəhidlərimizin əziz xatirəsini sayğı ilə anaraq ruhları şad olsun deyirəm. 
ALLAH rəhmət eləsin.

Zərdab rayon MKS-inin direktor müavini Gülüstan Rəhimova da fikrini belə ifadə etdi:  Azərbaycan xalqının erməni işğalı ilə heç vaxt barışmıyacağını, Azərbaycan əsgərinin daim döyüşə hazır olaraq, torpaqlarını nəyin bahasına olur olsun azad edcəyini Aprel qələbəsində sübut etdiyini bildirdi.

Məktəblilər Vətənpərvərlik mövzusunda şeitlərlə çıxış etdilər.

Tədbirin sonunda  iştirakçılar Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan həmyerlimiz Nurlan Abdullazadə guşəsini ziyarət etdilər.