Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
10 May , 2019

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 10 may  2019 –cu  il tarixində Heydər parkında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 –cı ildönümünə  həsr edilmiş  “Oxu bayramı ” keçirmişdir.

Tədbirdə  Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyev,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  təhsil işçiləri, məktəblilər,  həmçinin rayon ictimaiyyəti iştirak ediblər.

 “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin memarıdır” adlı unikal guşədə H.Əliyev irsini əhatə edən kitablar və dahi şəxsiyyətə həsr edilmiş ədəbiyyatlar və əl işləri sərgilənmişdir.

 H.Əliyevin səhiyyənin inkişafı ilə bağlı xidmətlərini əks etdirən ədəbiyyatların toplandığı “Heydər Əliyev xə Azərbaycan səhiyyəsi” , Milli Qəhrəmanlarımız , Zərdab şəhidləri və hərbi–vətənpərvərlik haqqında foto-stendlər və ədəbiyyatların toplandığı  “Torpağı Vətən eyləyən oğullar”,Həsən Bəy Zərdabinin əsərlərini , zərdabişünasların fikir və düşüncələrini əks etdirən məlumatların,respublika mətbuatında,eləcə də, yerli “Əkinçi”qəzetində H.B.Zərdabi haqqında dərc olunan jurnal və qəzet məqalələrinin nümayiş olunduğu “Həsən Bəy Zərdabi-Milli Mətbuatımızın banisidir”,Zərdab rayonunun görkəmli şəxsiyyətlərinin,ziyalılarının və zərdablı yazarların kitablarından ibarət “Zərdab yazarları”, “İlin yubilyarları”,”Klassiklərimizin hikmət dünyası”,”Bizim uğurlarımız” və s. sərgilər,əl işləri və divar qəzetləri bayram iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin  650  illik yubileyi ilə əlaqədar “2019-cu il Nəsimi  ilidir” başlıqlı sərgidə Nəsiminin  əsərləri və oxucuların rəsm və əl işləri  nümayiş etdirilmişdir. “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin  qalibi  Rəvanə Hidayətovanın söylədiyi  “Ayrılır” qəzəlini iştirakçılar maraqla qarşıladılar.

Heydər Əliyev və İlham Əliyevin Zərdab rayonuna tarixi səfərlərini,eləcə də, Zərdabın bu günkü uğurlarını əks etdirən materiallar “Zərdab sürətli inkişaf və çıçəklənmə dövrünün yeni mərhələsində” başlıqlı sərgidə nümayiş etdirilmişdir.Sərgidə rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları və mətbəx nümunələri nümayiş etdirilib.

“Mənim uşaq dünyam” adlı guşədə Uşaq ədəbiyyatına dair kitablar, jurnallar, disklər,uşaqların rəsm və əl işləri  nümayış etdirilmişdir. “Bütün sirlərin açarı kitabdır”  başlığı ilə təqdim olunan səhnəcik  nəinki uşaqların və eləcə, böyüklərin də marağına səbəb olmuşdur.

Tədbirdə eyni zamanda Mədəniyyət Nazirliyinin 2019-cu ilin may ayında Azərbaycanın regionlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Oxu bayramı” müsabiqəsinin təşkili ilə bağlı müvafiq məktubunun icrası ilə əlaqədar rayonda keçirilmiş müsabiqədə fərqlənən fəal oxuculara Ağdaş Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanları və hədiyyələri təqdim edilib.


“ Oxu bayramı”na yerli incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə yekun vurulmuşdur.

Foto Qalereya