Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
31 May , 2019

31 may 2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında Uşaq şöbəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Dünyanı verək uşaqlara!" adlı bayram tədbiri  keçirildi.

Tədbirdə Zərdab rayon MKS-inin şəhər və kənd filiallarının əməkdaşları , Zərab rayonu ərazisində yerləşən  şəhər 1,2,3,4 saylı  körpələr evi- uşaq bağçasının  fidanları iştirak edib.

Əvvəlcə Uşaq şöbəsinin müdiri İlahə Əsədova uşaqları  bayram münasibəti ilə təbrik etdi və onlara ən xoş arzularını bildirdi.

 Sonra tədbiri açıq elan etmək üçün söz MKS -nin direktoru N.Əliyevaya verildi. Nailə Əliyeva  uşaqları təbrik edərək vurğuladı ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirdi ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

Çıxışlardan sonra   il ərzində Mərkəzi Kitabxananın  bütün tədbirlərində aktiv iştraklarına görə  bir qrup  uşaqları Zərdab rayon Mərkəzi Kitabxananın və  MİHİ Zərdab rayon Təşkilatının hədiyyələri ilə təltif olunublar.

Uşaq şöbəsinin əməkdaşları Elnarə Salikova və Məlahət Cavadovanın aparıcılığı ilə davam edən bayram tədbiri uşaqların hazırladıqları maraqlı şeirlər mahnılar, rəqslər və səhnəciklər ilə tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.

Sonda Uşaq  şöbəsinin körpə fidanlara verdikləri kiçik hədiyyələr onların sevincinə sevinc qatdı.