Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Xəbərlər
11 İyun , 2019

11.06.2019-cu il tarixində Zərdab  rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin  Zərdab  rayonu  üzrə mədəniyyət müəssisələrinin seminar müşavirəsi keçirilib. 
       Müşavirədə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, İdarənin baş mühasibi Şakir İsmayılov, Regional idarənin məsləhətçisi İlqar Vəliyev,  Zərdab rayonunda fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin rəhbərləri və mədəni-maarif işçiləri iştirak ediblər.

       Müşavirəni giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev açaraq, tədbir iştirakçılarını salamlayıb və Regional İdarənin tabeliyində olan müəssisələrin aprel-may ayları ərzində gördüyü işlər, keçirilmiş tədbirlərin səviyyəsi, əmək və icra intizamına riayət olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı hesabat xarakterli çıxış edib.

       Sonra 2019-cu ilin aprel-may ayları ərzində görülmüş işlər barədə müəssisə rəhbərlərinin-  Zərdab  rayon MKS-nin direktoru  Nailə Əliyeva, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva  və digərlərinin hesabatları dinlənilib, nöqsanlar qeyd olunub, bu nöqsanların tez zamanda aradan qaldırılması üçün tapşırıqlar verilib.