Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
11 İyul , 2019

11 iyul 2019-cu il tarixində   Zərdab rayon Mərkəzi Kitabxanasında  Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda dəyirmi masa  keçirilmişdir.

Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları və şəhər kitabxana filialının əməkdaşları iştirak ediblər.

Oncə Ulu Öndərin  xatirəsi tədbir iştirakçıları tərəfindən  ehtiramla yad edilib.
Tədbiri  Zərdab rayon MKS-inin direktoru Nailə Əliyeva açaraq, bildirib ki, 1969 - cu il iyulun 14 -də  Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 50 il ötür.  O,dövrdən Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz Ulu Öndərin böyük səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrini təşkil edir və hazırda Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.

Tədbirdə  Xidmət şöbəsinin müdiri  Mehparə Səfərəliyevanın ,  Xidmət şöbəsinin başkitabxanaçısı Aygün Sarıyevanın , Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinın müdiri Gülnaz Məmmədovanın ,şəhər 39 №-li  kitabxana filialının müdiri Səidə Xəlilovanın və şəhər 38 №-li  kitabxana filialının müdiri İlhamə Kərimovanın  çıxışlarında dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan geniş bəhs edilib, bildirilib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol əslində 1969-cu il iyulun 14-dən – ümummilli lider Heydər Əliyevin ilk dəfə respublika rəhbərliyinə gəlməsindən sonra başlanıb.

Tədbirin sonunda iştirakçılar  “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” başlıqlı sərgiylə tanış olublar.

 

Foto Qalereya