Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
6 Noyabr , 2019

Zərdab  Rayon Mərkəzi Xəstəxanasında xəstələrə və tibb kollektivinə səyyar kitabxana xidməti göstərilib.

6 noyabr 2019-cu il tarixində Zərdab  rayon mərkəzi kitabxanasının işçiləri-Cəmalə Feyzullayeva,Eiyanə Rüstəmova və Xanım Abışova tərəfindən  Zərdab rayon xəstəxanasında növbəti  səyyar kitabxana xidməti göstərilmişdir. Onlar xəstəxanaya tibbə aid kitablardan əlavə  müxtəlif bədii ədəbiyyatlar da aparmışlar. Tibb işçiləri Xəstəxanada sərgilənən maraqlı kitablara abunə oldular.

Əməkdaşlar tərəfindən göstərilən kitabxana    xidməti tibb işçıləri  tərəfindən böyük razılıqla qarşılanıb. Və qeyd edilib ki, səyyar kitabxana xidməti  Zərdab rayon Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən  vaxtaşırı təşkil olunacaq.

 

Foto Qalereya