Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
14 Noyabr , 2019
Noyabrın 14-də Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zərdab rayonu Məlikli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Yaxşılıq edək, edilən yaxşılığı unutmayaq” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Nailə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Məlikli kənd məscidi dini icmasının sədri və imamı Ruhid Quliyev, Allahqulubağı kənd məscidi dini icmasının sədri və imamı Zakir Məmmədov, Mərkəzi Kitabxananın əməkdaşları , aktiv fəaliyyəti ilə seçilən gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq, diqqətə çatdırıb ki, Azərbaycan xalqı hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri ilə seçilmişdir. Yaxşılıq bu keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir. Keçmişdə olduğu kimi bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır.
Məlikli kənd məscidi dini icmasının sədri və imamı Ruhid Quliyev bildirib ki, dinimiz insanlara həmişə bir-birinə qarşı diqqət və sayğı ilə davranmağı, bir kəsin çətinliklərini həll etmək üçün bütün cəmiyyətin səfərbər olmasını, insanlararası münasibətlərdə xeyirxahlıq, dözümlülük və məhəbbət kimi ülvi hislərin təbliğ və təşviq edilməsini tövsiyə edir.
Allahqulubağı kənd məscidi dini icmasının sədri və imamı Zakir Məmmədov,da öz fikrini ifadə edərək qeyd rtdi ki,İctimai həytada heç bir əməl aradan getməz və nəticəsi bizə təsir qoyar. Quran buyurur ki, əgər yaxşılıq etmisənsə, özünə etmisən. Əgər pislik etmisənsə, yenə də özünə etmisən."Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir". ("Zəlzələ" 7-8). Bu dünyada etdiyimiz heç bir əməl, heç bir hərəkət, dediyimiz heç bir söz məhv olmaz, qalıcıdır. Niyyətimiz hər nə olursa-olsun, hər bir əməl bizə tərəf qayıdar.
Tədbirin sonunda diskussiya təşkil olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.