Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
7 Yanvar , 2020

Zərdab rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Məlumat günü təşkil edilmişdir.

 7 yanvar 2020-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Məlumat günü təşkil edilmişdir.

    Mərkəzi Kitabxananın əməkdaşlaıının həmçinin bəzi kənd kitabxana filiallarının əməkdaşlarının da iştirak etdiyi məlumat gününi MKS-nin direktoru Nailə Əliyeva açdı və qeyd etdi ki,Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. O, Sərəncamın tam mətni ilə iştirakçıları tanış etdi.

    Mərkəzi Kitabxananın İmformasiya –Resurs şöbəsinin müdiri Rəqibə Qasımova çıxış edərək qeyd etdi ki,könüllülük bir dəyər kimi müxtəlif zamanlarda cəmiyyəti vahid bir niyyət ətrafında birləşdirib.Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Müstəqil və müasir Azərbaycanda könüllülərin ən böyük dəstəkçiləri Ölkə başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadır:" 2020-ci ilin "Könüllülər ili" elan olunması həm də tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətdir.

    Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva bildirdi ki,könüllülük hərəkatlarının yaranması dövlətimizə, cəmiyyətimizə təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı, kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın fəal iştirakçısına çevrildilər, “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar.

    Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova “Könüllülər ili” ilə əlaqədar  kitabxanalarda təşkil olunacaq sərgilər , keçriləcək tədbirlər haqqında məlumat verdi.