Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Tədbirlər
14 Fevral , 2020

                             Şəhidlər qanlarıyla boyayıblar torpağı,

                            Şəhidlər zirvələrə qaldırıblar bayrağı.

14 fevral  2019-cu il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda     Aprel döyüşlərində həlak olan həmyerlimiz Nurlan Abdullazadənin doğum günü  iləəlaqədar “Vətən sənə OĞUL! dedi” adlı  tədbir keçirildi.

Tədbirdə Mərkəzi Kitabxananın vəşəhər kitabxana filiallarının əməkdaşları iştirak ediblər.

 Nurlan Abdullazadənin xatirəsi ehtiramla anılıb.

Tədbiri   Gülüstan Rəhimova   açaraq, Nurlan Abdullazadənin həyat yolu haqqında məlumat verdi. Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva  çıxış edərək bildirdi ki, Nurlan  Abdullazadələr ailəsinin iki övladından biri olub.  Onun arzusu  Milli Qəhrəman Mübariz İbrahimov kimi igidlik göstərmək, şəhidlik zirvəsinə ucalmaq olub.Arzuladığı kimi də oldu...Son nəfəsinəcən vətən torpaqları uğrunda vuruşub, döyüşüb və qəhrəmancasına şəhid olub.Bununla da o, digər şəhidlərimiz kimi adını qızıl hərflərlə hərb tariximizə yazdı.

Mərkəzi Kitabxananın Kitabişləmə və kompletləşdirməşöbəsinin müdiri NisəƏliyeva da çıxış etdi:İllər keçir, hər şey unudulur. Unudulmayan isə təkcəşəhidlərdir. Bu gün Nurlan tək bizim  deyil, Azərbaycan xalqının şəhid övladlarından biridir. Biz onunla   Azərbaycan Ordusunun hərbçisi kimi  Vətənini, xalqını, dövlətini, ordusunu sevən bir gizir kimi bu gün də fəxr edirik, sabah da fəxr edəcəyik. Axı ,Nurlan Aprel döyüşlərində canı qədər sevdiyi Vətən, torpaq uğrunda şəhid olub. Şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir.

Tədbirdən sonra iştirakçılar Nurlan Abdullazadənin məzarını ziyarət edib,ruhuna dualar oxuyublar.

Foto Qalereya