Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
8 Mart , 2015

    

Mərkəzi Kitabxananın Uşaq şöbəsində Beynəlxalq Ana Dili Günü ilə əlaqədar 21 fevral 2014- cü ildə ” Ana dilim-Varlıq möhürüm” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Gülüstan Rəhimova açaraq dilimizin gözəlliyindən, şirinliyindən geniş məlumat verdi.  Tədbirin aparıcısı Uşaq şöbəsinin müdiri İlahə Teymurzadə qeyd etdi ki, hər bir xalqın, millətin özünəməxsus dili var. Müqəddəs dilimiz olan ana dili bizim varlığımız, bizi keçmişə bağlayan, gələcəyə səsləyən bir xəzinəmizdir. Sonra 3 saylı məktəbin şagirdləri ana dili haqqında öz gözəl şeirləri ilə tədbirə rəngarənglik qatdılar. Tədbirdə çıxış edən Uşaq şöbəsinin əməkdaşı Elnarə Salikova görkəmli şair və yazıçıların ana dili haqqında fikirlərini ,Metodika-biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova isə öz çıxışında  gələcək nəsillərə ana dilimizi qorumağı, yaşatmağı tövsiyə etmişdir. Sonda tədbir iştirakçıları Ana dilim-Varlıq möhürüm adlı sərgi ilə tanış oldular.