Zərdab rayon Mərkəzi kitabxanası

Zərdab rayon MKS
Arxiv
10 Aprel , 2014

      

Uşaq yazıçısı  Teymur  Elçinin 90 illik yubileyi ilə bağlı Zərdab rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində 10.04.2014-cü ildə “Uşaqların yaxın dostu” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açaraq , qonaqları salamladı və kitabxanada keçirilən belə silsilə tədbirlərin uşaqların dünya görüşünün inkişafında böyük rol oynadığını qeyd etdi. 
Tədbirin aparıcısı Uşaq şöbəsinin əməkdaşı Elnarə Salikova Teymur Elçin yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verdi.
Şəhər 3 saylı Körpələr evi – uşaq bağçasının gül balalarının Teymur Elçinin sözlərinə bəstələnmiş “Can nənə”, “Qaranquş”, “Sərçə”, “Mən kiməm” mahnıları və “Vətən”, “Analar və laylalar”,” Yaz gəldi”,”Siçan balası”, “Mən də-mən də” , “Bahar mənəm”,”Gözlər”və s. şeirləri tədbirə bir rəng qatdı. Uşaqların söylədikləri təmsillər,tapmacalar, yanıltmaclar tədbir iştirakçılarının böyük marağına səbəb oldu. 
Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları Gülüstan Rəhimova, Gülzar Qasımova, Lalə Niftalıyeva, Nisə Qasımova çıxış edərək Teymur Elçinin bədii üslubundakı sadəlik və təbiilikdən, onun sözlərinə bəstələnmiş musiqilərin bulaq tək axaraq uşaqların qəlbinə tökülməsindən,Teymur Elçinin təkcə gözəl şair yox, həm də uşaqların dostu olaraq yaddaşlarda yaşayacağından söhbət açdılar.
Tədbirdə iştirak edən Heydər Əliyev Mərkəzi, Tarix- Diyarşünaslıq muzeyi, Gənclər kitabxanası, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları onları sanki  bir anlıq uşaqlıq illərinə qaytardıqlarına görə təşkilatçılara və uşaqlara öz dərin təşəkkürlərini bildirdilər.
Tədbir uşaqların “Ağ çiçəyim” rəqsi ilə sona çatdı. Mərkəzi Kitabxananın uşaqlara verdiyi hədiyyələr onların sevincinə sevinc qatdı.